Accessibility links

Ağcaqanadlar necə uçur? [Video]


Ağcaqanadlar necə uçur?
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Ağcaqanadların sancması yalnız qaşınma ilə bitmir, onlar malyariya, sarı qızdırma və zika kimi həyati təhlükəsi olan virusları yayır. İndi alimlər ağcaqanadların uçuşları üzərində araşdırma apararaq, onların xəstəlikləri yaymaq təhlükəsini aradan qaldırmağa çalışır.

Çox kiçik və qeyri-adi bucaqlı qanadları ilə ağcaqanadlarda əslində uçmaq qabiliyyəti olmamalıdır. Bu sirri Yaponiya və Britaniya alimlərindən ibarət komanda aşkar etməyə çalışıb. Yüksək sürətli kameralar və kompüterlər vasitəsi bu həşaratların havada qalmaq kimi unikal texnikasını müəyyən edib.

Oksford Universitetinin araşdırmaçıları böyük antenalar və ayaqların zərif qanadların uçuşunu görməyə mane olması ilə üzləşib. Buna görə onlar 8 yüksək sürətli kameradan istifadə etməklə bir saniyədə 10 min şəkil çəkib.

Oksford Universitetinin alimi Simon Uolker: "Həşaratların şəkli üçün normalda iki kamera kifayət edir. Belə ki, kameralar onları hər tərəfdən çəkdikdən sonra 3D-yə çevirir. Bunlarda isə antenna və ayaqlar mane olduğuna görə qanadların hərəkətinin aydın müşahidəsi üçün 8 kameraya ehtiyac olub.."


Alimlər müəyyən edib ki, ağcaqanadlar bir saniyədə 800 dəfə qanad çalır. Bu eyni ölçülü həşaratlarla müqayisədə 4 dəfə çoxdur.

“Ağcaqanadlar çəkilərini saxlamaq üçün 3 aerodinamik hərəkət etməlidir. Bunlardan birincisi bütün həşəratların etdiyi kimi aparıcı burulğanlardır. Lakin ağcaqanadlar digərləri kimi bundan asılı deyil. İkincisi arxa və rotasiya burulğanıdır ki, ağcaqanadların uçuşunu mümkün edir. "

Alimlər əmindirlər ki, bu araşdırma mikro-ölçülü uçan cihazların ixtirasına təşviq edəcək.

"Kiçik dronların hər biri məkan daxilində rahat uçur. Ancaq açıq havada onlar ya düşür, ya da idarə edilməsi mümkün olmur. Lakin həşaratlar havada, hətta küləkli havada rahat uçur. Bunun necə baş verdiyini anlamaqla, gələcəkdə bundan yararlanmaq olar."

Alimlər deyir ki, ən əsası odur ki, ağcaqanadların uçusunun dərk edilməsi ilə onların gələcəkdə xəstəlikləri yaymasına mane olunacaq.

XS
SM
MD
LG