Accessibility links

Əhməd Davudoğlu: Fələstin münaqişəsi islam dünyasının ortaq məsələsidir (Video)


Əhməd Davudoğlu: Fələstin münaqişəsi islam dünyasının ortaq məsələsidir
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Əhməd Davudoğlu: Fələstin münaqişəsi islam dünyasının ortaq məsələsidir

“Türkiyə Azərbaycanla bərabər Fələstinin haqlarının qorunmasında davam edəcək”

Azərbaycana hər səfərdə onun daha da inkişafını görməkdən qürur duyuruq. Bu barədə Bakıda Fələstinlə bağlı keçirilən konfransda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Müqəddəs Qüds şəhərinə dəstək məqsədilə Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransı zamanı jurnalistlərə bildirib.

O deyib ki, Azərbaycanın son illər bütün beynəlxalq tədbirlərdə iştirakını görmək Türkiyəni sevindirir.

“Azərbaycanın Fələstinlə bağlı tədbirə ev sahibliyi etməsi çox yaxşıdır. Fələstin münaqişəsi islam dünyasının ortaq məsələsidir. Eyni zamanda Türkiyə və Azərbaycan bu məsələdə qarşılıqlı dəstək göstərməkdədir”.

Nazir Davudoğlu deyib ki, Azərbaycanın bütün beynəlxalq fəaliyyətini və təşəbbüslərini Türkiyə dəstəkləyir.

“Bu dəstəyi göstərmək üçün Bakıda konfransda iştirak edirəm.
Bundan sonra da Azərbaycanla bərabər İslam Əməkdaşlığı Təşkilatında çalışmaları və Fələstinin haqlarının qorunmasına davam edəcəyik”.

Türkiyə xarici işlər naziri bu gün prezident İlham Əliyevlə görüşəcək və yüksək iş birliyi əməkdaşlıq toplantısına hazırlıqları nəzərdən keçirəcək.
“Eyni zamanda, Azərbaycanın haqlarını qorumaq anlamında tam dəstəklədiyimiz, Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması, Qarabağ münaqişəsinin həllində hansı addımların atıla biləcəyi ilə bağlı birgə diplomatik fəaliyyətlərimizi həyata keçirəcəyik”.

“Türkiyənin hər zamann canAzərbaycanın yanındadır, çiyin-çiyinədir. Onun iqtisadi yüksəlişi ən çox Türkiyəni sevindirir.
Hər zaman, hər yerdə Azərbaycanla bir yerdə olmağa davam edəcəyik”, Davudoğlu əlavə edib.
XS
SM
MD
LG