Accessibility links

Avropa İttifaqı İrana qarşı daha sərt sanksiyalar tətbiq edib


Avropa İttifaqı İranı mübahisəli nüvə proqramına görə yeni gücləndirilmiş sanksiyalarla vurdu.

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin qəbul etdiyi sanksiya paketi əsasən maliyyə və ticarət sahələrini əhatə edir. Bu sanksiyalar qaz və neft ixracı ilə məşğul olan İran şirkətləri və bankları ilə Avropa İttifaqının biznes əlaqələrini qadağan edir. Çərşənbə axşamı Avropa İttifaqının qara siyahıya salınmış İran banklarının siyahısını elan edəcəyi gözlənilir. Qadağalar həmçinin aktivlərin dondurulması və səyahət məhdudiyyətlərini əhatə edir.

İran artıq çoxsaylı beynəlxalq sanksiyalarla üzləşib. İran öz nüvə proqramının sülhməramlı olduğunu deyir. Lakin qərb dövlətləri İranın nüvə silahı əldə etmək cəhdindən ehtiyat edir.

Danışıqlarda İran ilə Qərb və Birləşmiş Millətlər Təşkilatı arasında irəliləyişə nail olmaq cəhdləri uğursuzluğa düçar olub.

Aİ xarici siyasət idarəsinin rəhbəri Katrin Aşton İranın nüvə proqramının hərbi aspektlərindən narahat olan dünya ictimaiyyəti bu sanksiyalarla İranı danışıqlar masasına otuzdurmaq məqsədi ilə qəbul edilib. Tehran isə Qərbin irəli sürdüyü nüvə yanacağını bəhanə edərək nüvə silahı hazırmamaq ittihamlarını rədd edir.

Maliyyə qadağalarına Aİ-nin qabaqcadan təsdiqlədiyi humanitar mallarla əlaqəli olan maliyyə transferləri aid edilmir.

Ağ ev Avropa İttifaqının səylərini dəstəkləyərək bunu "İran hökumətini təcrid etmək üçün beynəlxalq səyləri gücləndirdiyini bildirib."
XS
SM
MD
LG