Accessibility links

Qəzaya uğrayan AirAsia təyyarəsində həlak olanların cəsədləri aşkar edilib


İndoneziya rəsmilərinin bildirdiyinə görə, bazar günü qasırğa səbəbi ilə qəzaya uğrayan AirAsia təyyarəsinin təxminən qırx sərnişininin cəsədi dənizdə aşkar edilib.

Bu gün yerli televiziya ilə cəsədlərin Borneo adasından 160 kilometr məsafədə Yava dənizindən vertolyotların yardımı ilə çıxarıldığı nümayiş etdirilib.

Qəzaya uğrayan təyyarədəki sərnişinlərin ailə üzvləri xilasedici gödəkcəsiz şişmiş cəsədlərin dənizdən çıxarıldığını görüb ağlamağa başlayıb.

Xilasaedicilər gecəyə qədər təyyarədəki sərnişinlərin yalnız dörddə-birinin cəsədini çıxara bilib. Sərnişinlər və ya təyyarə heyəti arasında sağ qalan yoxdur.

XS
SM
MD
LG