Accessibility links

Akif Qurbanov: Müşahidəçiliyin kompleks şəkildə və standartlara uyğun şəkildə aparılmasından söhbət getmir [Video müsahibə]


Akif Qurbanov: Müşahidəçiliyin kompleks şəkildə və standartlara uyğun şəkildə aparılmasından söhbət getmir
please wait

No media source currently available

0:00 0:09:06 0:00

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb. Sənəddə xarici yardımla bağlı hüquqi məhdiyyətlərə görə vətəndaş cəmiyyəti təşkilatlarının müşahidəçi missiyasını aparmasının çətinləşdiyi bildirilir. Prezident seçkilərini müşahidə etmək üçün 312 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov Amerikanın Səsinə müsahibədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının hesabatı və növbədənkənar seçkilərin yerli müşahidəçilər tərəfindən monitorinqi üçün şərait haqda danışıb.

Akif Qurbanov ATƏT-in qiytmətləndirməsini ürəkaçan hesab etmədiyini bildirib.

“Hesab edirəm ki, hesabatın mətninin ritorikası ötən seçkilərlə müqayisədə daha yumşaqdır. Amma təbii ki, bununla yanaşı, ölkədə baş verən pozuntularla bağlı, ATƏT-in Kopenhagen standartlarına uyğunsuzluqla bağlı, Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərə əməl olunmaması ilə bağlı xeyli məqamlar var. Bu məqamlar istər yerli müşahidəçiliyin aparılması ilə bağlı problem, bu da hansı ki 2014-cü ildə qeyri-hökumət təşkilatlarıının fəaliyyətini və qrant fəaliyyətini tənzimləyən qanunvericilikdə olan dəyişikliklərdən doğan problemlərdir və faktiki olaraq vətəndaş cəmiyyəti iflic vəziyyətinə düşüb və demək olar ki, heç bir müstəqil təşkilat yerli müşahidəçilik funksiyasını icra edə bilmir.”

Əgər bu yerli müstəqil olan təşkilat həm prezidenltiyə namizədi, hakim namizədi dəstəkləyib, həm də müşahidəçilik həyata keçirirsə, burada hansı obyektivlikdən danışmaq olar?
Akif Qurbanov

Akif Qurbanov bildirib ki, "resurslar itkisi, qanunvericiliyin məhdudlaşdırılması və fəaliyyət mühitinin mümkünsüzlüyü" yerli qeyri-hökumət təşkilatlarının müşahidəçilik funksiyalarını icra edə bilməməsinə gətirib çıxarıb. “Ölkədə faktiki olaraq heç bir resursun olmaması və yalnız hakimiyyət resursunun, yəni dövlətdən əldə olunmuş qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi fondunun yaratdığı resurs hesabına fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bu prosesdə iştirak edəcəklərini bildirirlər. Və yaxud da maliyyə mənbələri bəlli olmayan və bu istiqamətdə heç bir açıqlama verməyən ictimai təşkilatlar müşahidəçilik edəcəklərini bildirirlər. Amma onların bu günə qədər olan fəaliyyəti və praktik təcrübə onu göstərir ki, onlar tərəfsiz və həqiqətən də obyektiv müşahidəçilik aparan qurumlar deyil. Eyni zamanda, həmin qurmlar seçkilər yeni elan olunduqdan sonra da böyük əksəriyyəti hakim partiyanın namizədliklərini prezident seçkilərində dəstəklədiklərini bildiriblər. Belə olmasına baxmayaraq, onlar həm də seçkidə müşahidəçilik aparırlar və yaxud da exit-poll həyata keçirirlər. Əgər bu yerli müstəqil olan təşkilat həm prezidenltiyə namizədi, hakim namizədi dəstəkləyib, həm də müşahidəçilik həyata keçirirsə, burada hansı obyektivlikdən danışmaq olar?”

Akif Qurbanov ATƏT-in Azərbaycan hökumətinə tövsiyələrinin icrası məsələsinə də toxunub.

Faktiki olaraq vətəndaş cəmiyyəti iflic vəziyyətinə düşüb və demək olar ki, heç bir müstəqil təşkilat yerli müşahidəçilik funksiyasını icra edə bilmir.
Akif Qurbanov

“İstər Seçki Məcəlləsindəki problemlərlə bağlı, ümumiyyətlə, seçki qanunvericiliyində olan problemlərlə bağlı, xüsusi olaraq komissiyaların tərkibi ilə bağlı, şikayətlərin araşdırılması ilə bağlı məsələlər xüsusi olaraq vurğulanıb dəfələrlə. Eyni zamanda, siyasi azadlıqlarla bağlı olan məhdudiyyətlərə fokuslanmış iradlar və tövsiyələr səsləndirilib istər sərbəst toplaşma, istər birləşmə azadlıqları ilə bağlı, indi də konkret ictimai təşkilatların fəaliyyəti üçün hüquqi-praktiki mühitin olmaması ilə bağlı. Bu tövsiyələrin dəfələrlə səsləndirilməsinə baxmayaraq, Azərbaycan hökuməti bu tövsiyələri qulaqardına verir və nəinki ATƏT-in tövsiyələrini, hətta Avropa Şurası Venesiya komissiyasının son, istər referendumla bağlı iradları və indiki durumda da ATƏT-in verdiyi tövsiyələri mən güman etmirəm ki, əslində bu tövsiyələr kifayət qədər obyektiv və özündə faktları əks etdirən və reallıqdan doğan tövsiyələrdir və bu, Azərbaycan hökumətinin ATƏT-ə üzv olarkən üzərinə götürdüyü öhdəliklərdən doğan tövsiyərlərdir və Azərbaycan hökuməti bunu həyata keçirmək öhdəliyi daşıyır.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG