Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) növbədənkənar prezident seçkiləri keçirilib.
Səsvermədə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Prezidentliyə yeganə namizəd akademik Akif Əlizadə olub. A.Əlizadə akademiyanın həqiqi üzvlərinin əksəriyyətin səsini alaraq AMEA prezidenti seçilib.
Akif Əlizadə 25 fevral 1934-cü ildə Bakıda anadan olub. Əslən Bakının Pirşağı kəndindəndir.
Əlizadə Azərbaycan Sənaye İnstitutunu bitirib. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib. 35 yaşında doktorluq müdafiə edib.
A.Əlizadənin rəhbəri olduğu Geologiya İnstitutu Azərbaycan elmi müəssisələri sırasında ən çox qrant qazanan liderdir. İnstitut “Soros”, “İNTAS”, “NATO”, “CRDF”, “KOPERNİCUS” kimi məşhur fondlar, Ukrayna Elmi Fondu, Amerika Milli Elmi Fondu ilə qarşılıqlı maraq əsasında fəaliyyət göstərir və işləyir.
A.Əlizadə Azərbaycanın əməkdar elm xadimi, dövlət mükafatı laureatıdır. 2004-cü ildə “Şöhrət”, 2008-ci ildə isə “Şərəf” ordeninə layiq görülüb.