Accessibility links

Türkiyənin Ədalət və İnkişaf Partiyası sürpriz qələbə qazanıb


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) bazar günü keçirilən parlament seçkilərində sürpriz qələbə qazanıb.

AKP seçki qabağı rəy sorğularında 50 faizdən az səs toplasa da, seçkilərdə daha çox səs toplayaraq 550 üzvlü parlamentdə 316 yer almağa nail olub.

AKP iyun ayında keçirilən seçkilərdə çoxluğu itirdiyinə və baş nazir Əhməd Davutoğlunun koalisiya hökuməti qura bilmədiyinə görə prezident Ərdoğan yeni seçkilərin keçirilməsini tələb etmişdi.

İlkin seçki nəticələri göstərir ki, müxalifət partiyası CHP 25 faiz səs toplaya bilib. CHP ilə bərabər HDP və MHP də parlamentə daxil ola bilib.

Bazar günü keçirilən seçkilər Ərdoğan hökuməti və PKK arasında gərginliyin artması ərəfəsinə təsadüf edib.

Seçki nəticələri əsasən kürdlərin yaşadığı Diyarbəkirdə etirazlara səbəb olub.

XS
SM
MD
LG