Accessibility links

Sərt çıxışlar Ərdoğanı seçkilərdə qalib edə bilər [Təhlil]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın parlament seçkilərində çoxluq əldə edə bilməməsindən sonra yeni növbədənkənar seçki keçirməsi onun qələbəsi ilə nəticələnə bilər. Lakin bu, yalnız ictimai rəy soğularının nəticəsidir.

Ədalət və İnkişaf partiyasının prezidentin millətçi çıxışları, Qərbə ritorik hücumları və hökumətin kürd separatçılarına qarşı apardığı anti-terror əməliyyatlarının sayəsində gələn ay keçiriləcək parlament seçkilərində ölkə səviyyəsində səsləri belə görünür yenidən əldə edə biləcəyi deyilir.

Ərdoğan bir terrorçu qalmayanadək əməliyyatları davam etdirməyə söz verib. O, çıxışı ilə iyun ayında keçirilmiş parlament seçkilərində AKP-yə səs verməmiş və ya başqa partiyaya keçmiş kürdlərin səslərini qazanacağına ümid edir.

Ankarada yerləşən sorğu şirkətinin təmsilçisi Məhmət Murat Pöstəki deyir ki, sorğular Ərdoğanın kürdlərə qarşı antı-terror əməliyyatları AKP-nın Milliyyətçi Hərəkat Partiyasına verilmiş səsləri qazana biləcəyini göstərir. Onun fikrincə, AKP hazırda tək partiyanın hökumət yaratması üçün bir yeri əldə etməlidir.

Noyabrın 1-i seçkilərinə 11 gün qalan vaxt Ərdoğan və partiyanın yüksək səviyyəli nümayəndələri avropalılar və Qərbə qarşı tənqidləri intensivləşdirərək, ölkədə “bizlərə qarşı onlar” görüşünü saxlamağa çalışırlar. Siyasi qütbləşmə prosesində kürdlər, solçular və müxalifət fəalları "onlar"a aiddir. Bu isə noyabrın 1-i seçkilərində AKP parlametdə çoxluq əldə edə bilməsə, koalisiya hökumətinin yaradılması perspektivini daha da çətinləşdirir.

Keçən həftə “Milyon nəfəs bir səslə terrora qarşı” mitinqində Türkiyə prezidenti noyabrın 1-i keçiriləcək seçkidə yerli namizədlərə səs verməyə çağırıb. O, çıxışında “düşünürəm nə demək istədiyimi anladıdız" deyərək, İstanbulun fəhlə sinfinin yaşadığı Yenikapı rayonunda seçicilərə müraciət edib. Ərdoğanın kimi nəzərdə tutduğu aydındır: iyun ayında AKP-nin parlamentdə çoxluq əldə etməsinin qarşısını alan kürdpərəst müxalifət partiyası olan Xalqların Demokrat Partiyası- HDP.

Vaşinqtonda yerləşən araşdırma mərkəzlərindən biri olan Siyasət Mərkəzi bildirib ki, Ərdoğanın qatı millətçiliyi AKP-nin parlamentdə lazımı 276 yeri almasını belə görünür təmin edəcək.

Bəzi sorğulara görə, Ankarada 10 gün əvvəl 102 insanın ölümülə nəticələnmiş intiharçı hücumlarından sonra AKP-yə etibar bir qədər azalıb. Hökumətin səriştəsizlikdə ittiham edilməsi partiyanın səslərini kimə verəcəyini müəyyən etməmiş seçicilər arasında mövqelərini zəiflədib. Lakin ümumilikdə Ərdoğanın elektorat ssenarisi bu dəfə işləyə bilər.

Bu, iyun ayında baş vermədi. Milliyətçi MHP partiyası AKP-nin bəzi səslərini aldı və kifayət qədər mərkəzçi görüşə malik seçicilər Cumhuriyyət Xalq Partiyasından kürdpərəst HDP partiyasına keçərək Ərdoğanın çoxluq əldə etməsinin və prezidentin arzusu olan konstitusiyada dəyişiklik edilməsinin qarşısını aldı. Gəzici Araşdırma sorğu mərkəzinin seçkiqabağı rəy sorğuları göstərir ki, Ərdoğanın millətçi ritorikası AKP-yə dəstəyin azalmasına gətirib çıxarıb.

Lakin "kürdlərlə iki il davam edən sülh prosesinin pozulması və Kürdistan Fəhlə partiyası PKK-nın seçkiqabağı atəşkəs elan etməsinə baxmayaraq separatçıların Türkiyənin cənub-şərqində hücumlara davam etməsi 7 iyun seçkilərindən sonra ölkədə anti-kürd əhval-ruhiyyəsinin artmasına səbəb olub", deyə Kornel Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzindən Lisel Hintz bildirir. Bu həftə sonu 6 türk əsgəri iki fərqli insident zamanı qətlə yetirilib.

Keçən həftə sonu Almaniya Kansleri Angela Merkel Türkiyədən Avropaya keçən miqrant axınının qarşısını almaq üçün nəzərdə tutulmuş razılaşma lahiyəsi ilə əlaqədar olaraq Ankara və Brussel arasında yaranmış gərginliyi azaltmaq məqsədilə Türkiyəyə səfər edib. Ərdoğan öz əvvəlki proqramlarını yenidən işə salmaq üçün bu fürsətdən istifadə edib.

Ərdoğan avropalıları Avropa İttifaqına üzvlkülə bağlı danışıqların canlandrlması və türklər üçün sərbəst viza rejiminin tətbiq edilməsi ilə bağlı vədlərində səmimi olmamaqda günarlandırıb. O, Avropa İttifaqından dərhal üvlük məsələsinə baxılmasını tələb edir. Avropalı bəzi siyasətçilər düşünür ki, Ankara miqrant böhranından istifadə edərək, türklərə Avropaya giriş üçün sərbəst viza razılaşması əldə etməyə çalışır.

HDP lideri Səlahəddin Dəmirtaş BBC-yə verdiyi müsahibədə noyabr seçkilərində iyun seçkilərinin təkrarlanacağını deyib.

Avropa parlamentinin xarici əlaqələr departamentinin üzvü, millət vəkili Kati Piri deyir ki, Türkiyə tarixdə kritik dövrünü yaşayır. “Türkiyənin problemlərindən biri də tərəfləri bir araya gətirəcək prezidentə ehtiyacı olmasıdır. Hazırda isə tərəfləri bölən prezident var”, deyə o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG