Accessibility links

Müsavat Partiyasının qərargahı qarşısında aksiya keçirilib


Müsavat Patiyasının qərargahı qarşısında aksiya
Müsavat Patiyasının qərargahı qarşısında aksiya

Fevralın 2-də bir qrup şəxs Müsavat Partiyasının mərkəzi qərargahının önündə etiraz aksiyası keçirib.

Müsavatın mətbuat departamentinin məlumatına görə, hakimiyyət tərəfindən öyrədilmiş bir qrup insan partiyanın qərargahı önünə toplaşaraq Müsavatın, keçmiş başqan İsa Qəmbərin və hazırki başqan Arif Hacılının unvanına təhqirlər söyləyiblər.

Polis onları müşayət edib. “Musavata ar olsun!”, “Yaşasın Heydər Əliyev””, “Yaşasın İlham Əliyev!” şuarı səsləndiriblər.

Müsavat başqanı Arif Hacılı aksiyanı hakimiyyətin artan narahaçılığının nəticəsi kimi qiymətləndirib.

“Müsavat partiyasının ardıcıl prinsipial mövqeyi, artmaqda olan nüfuzu və iki gün əvvəl Novxanıda keçirdiyimiz izdihamlı mitinq hakimiyyəti narahat edib”, Hacılı bildirib.

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər yanvarın 31-də Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 133-cü ildönümü münasibəti ilə keçirilən anım mərasimində hazırki iqtidarı kəskin tənqid yer almış nitq söyləyib. Onun nitqindən sonra iqtidaryönümlü mediada İsa Qəmbərin tənqidi başlayıb.

XS
SM
MD
LG