Accessibility links

Müsavat AKM Almaniyada mitinqlər keçirib (Yenilənib)


Müsavat AKM Almaniyada mitinq keçirir
Müsavat AKM Almaniyada mitinq keçirir

Sentyabrın 22-də Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) Almaniyanın 3 şəhərində mitinq keçirib.

Müsavat AKM-in mətbuat xidmətinin məlumatlnaa görə, Rheinlan Pfalz və Hessen koordinatorlugu Mainz şəhərində, AKM-NRV Koordinatorlugu Münster şəhərində, Müsavat AKM-nin Bayern Koordinatorlugu Ansbach şəhər mərkəzində yerləşən Xristian-Demokratik İttifaqı Partiyasının qərargahları qarşısında mitinqlər keçirilib.

Mətbuat xidməti bildirir ki, aksiyalar bir neçə almaniyalı deputatın pul müqabilində Azərbaycandakı rejimə dəstək verməsinə etiraz məqsədi ilə keçirlir.

Mitinq iştirakçılarının bəyanatında deyilir ki, son günlər Almaniya mətbiatı və siyasi dairələrinin ciddi müzakirəsinə səbəb olan xanım Karin Strenzin Azərbaycan hakimiyyəti ilə gizli anlaşmaları hər birimizi narahat edir.

“Almaniya hakim partiyası CDU-dan olan millət vəkili, xanım Karin Strenzin Əliyevlər rejiminə rəğbət bəsləməsi bizlər üçün sirr deyildir. Bu sirrin arxasında maddiyyatın olması isə daha utancvericidir. Xanım Strenz Azərbaycan seçicisinin səsinin oğurlanmasına demokratik don geyindirdiyi üçün Əliyevlər sülaləsi ilə eyni məsuliyyəti daşıyır. Almaniya Bundestaqına yenidən seçilmədən xanım Strenz Azərbaycan və Almaniya seçiciləri qarşısında hesabat verməlidir. Azərbaycanın demokratik qüvvələri Avropa dəyərlərinə hər zaman yüksək qiymət vermiş və bunun uğrunda mübarizə aparır. Müsavat AKM olaraq xanım Karin Strenzin əməllərini pisləyir və ondan açıqlama verməsini tələb edirik. 24 sentyabr 2017 Almaniya Bundestaqına keçiriləcək seçkilərdə mandat qazansa belə xanım Strenzin Azərbaycan xalqı qarşısında məsuliyyəti azalmayacaq”, sənəddə qeyd edilir.

Azərbaycanın avropalı siyasətçilərə rüşvət verməsi haqda məlumatlar Almaniyada keçirilən seçkilərin də əsas mövzularından birinə çevrilib. “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmada Almaniya kansleri Angela Merkelin yaxın müttəfiqinin də Azərbaycandakı rejimdən pul aldığı iddia olunur. Bu barədə “The Guardian” qəzeti “Süddeutsche Zeitung”a istinadla yazır. Merkelin Xristian-Demokratik İttifaqı Partiyasının üzvü olan Karin Strenzə 7 min və 15 min dollar (6 min və 13 min funt sterlinq) pul verildiyi bildirilir. Bu pulun Almaniya parlamentinin keçmiş üzvü, Azərbaycan üçün lobbiçilik edən Eduard Lintnerin yaratdığı firma vasitəsiylə köçürüldüyü iddia olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG