Accessibility links

Siyasi məhbus kimi tanınan şəxslərin ailə üzvləri aksiya keçirib [Video]


Siaysi məhbuslara dəstək aksiyası
Siaysi məhbuslara dəstək aksiyası

İyunun 15-də hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin bir qrup ailə üzvləri Bakı şəhərində aksiya keçirib. Onlar siyasi məhbus kimi tanınan şəxslərin portretləri əks olunmuş köynəklər geyinərək dinc yürüş edib.

Polis aksiyaya müdaxilə edib və iştirakçıları saxlayaraq Səbael rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıb.

“Polis rəhbərləri bizimlə söhbət apardılar. Biz də tədbiri məhbusların ədalətsiz həbslərini gündəmə gətirmək məqsədi ilə keçirdiyimizi və dinc xarakter daşıdığını bildirdik.Təxminən 40-45 dəqiqə saxlanıldıqdan sonra azad buraxıldıq. Sonra polis əməkdaşları aksiyaçıları küçə boyu müşaiyyət etdi”, iştirakçılardan Zəfər Əhmədov Amerikannın Səsinə bildirib. O həbsdə olan Fuad Əhmədlinin atasıdır.

Xatırladaq ki, yerli hüquq müdafiə təşkilatları həbsdə olan 160-dək insanı siyasi məhbus kimi tanıyır. Rəsmi Bakı isə ölkədə siyasi məhbusların olmadığını və insanların yalnız hərəkətlətinə görə məsuliyyətə cəlb edildiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG