Əl-Qaidə ilə əlaqəsi olan Əl-Nüsra cəbhəsi qrupunun döyüşçüləri Qətərin vasitəçiliyi ilə həyata keçirilən mübadilənin bir hissəsi olaraq, bu gün 16 Livan əsgərini azad edib.
Əl-Nusra və İslam Dövləti yaraqlıları 2014-cü ilin avqust ayında Livanın Suriya sərhədi yaxınlığında yerləşən Arsal şəhərinə etdikləri hücum zamanı təxminən 25 əsgəri ələ keçirmişdi. Döyüşlər zamanı yaraqlılar 10 əsgəri öldürmüş, qalanlarını isə keçirdikləri reyd nəticəsində əsir götürmüşdü.
Livan televiziyasına müsahibəsi zamanı azad edilən əsgərlərdən biri azad edildiyinə inana bilmədiyini deyib.
Aylardır əsirlikdə saxlanılan əsgərləri və polis işçilərini gözləyən ailə üzvləri və yaxınları onların azad edilməsi xəbərini Beyrutda sevincdən rəqs edərək qarşılayıb.
Livan da mübadilə şərtlərinə uyğun olaraq, Nüsranın bir neçə üzvünü azad edib. Əl-Nüsra eyni zamanda öldürülmüş döyüşçüsünün cəsədini də Livana qaytarıb.