Accessibility links

Bin Ladenin müavini video mesajla çıxış edib


Zawahiri
Zawahiri

Əl-Qaidə rəhbərliyində ikinci fiqur olan Ayman əl-Zəvahiri terrorçu qrupun ABŞ-ın keçən ay Pakistanda reydi zamanı öldürülən lideri Üsəma bin Ladenin qətlilə bağlı mədhiyyə məzmunlu mesajla çıxış edib. 28 dəqiqəlik video mesajda Zavahiri deyib ki, bin Laden sağ olanda Birləşmiş Ştatları dəhşətə gətirdiyi kimi, ölümündən sonra da bunu etməyə davam edəcək. O, ABŞ hərbi qüvvələrini bin Ladenin cəsədini dənizə atdığına görə tənqid edib və Pakistan xalqını “xain” adlandırığı ölkə liderlərinə qarşı ayağa qalxmağa çağırıb. Pakistan-Əfqanıstan sərhəddində gizləndiyi düşünülən əl-Zavahiri həmçinin bütün dünyada müsəlmanları bin Ladenin Qərbə qarşı cihadını davam etdirməyə çağırıb.

XS
SM
MD
LG