Accessibility links

Moqadişudakı partlayışda ölənlərin sayı sürətlə artır


Somali paytaxtı Moqadişuda törədilən partlayış 300-dən çox insanın ölümünə səbəb olub. Xailasetmə dəstələri şənbə günündən - partlayışın həyata keçirildiyi gündən bəri axtarışları davam etdirir.

Somali hökuməti hücum zamanı 429 nəfərin yaralandığını və ölənlərin sayının artacağını bildirilib.

Bu hücumda kimin əli varsa dayanmalı, müsəlmanların qanını tökməməli və tövbə etməlidir.

Militantların "Əl-Şəbab" qrupunun sabiq lideri şənbə günü Somalinin paytaxtındanda yüzlərlə insanın ölümünə səbəb olan partlayışı qınayıb.

Qrupun başçısının sabiq müavini Muxtar Robou partlayış zamanı yaralananlara qan vermək üçün bu gün Moqadişu xəstəxanasına gedib. O, hücumu vəhşilik adlandırıb və bunun millətin faciəsi olduğunu deyib. "Bu hücumda kimin əli varsa dayanmalı, müsəlmanların qanını tökməməli və tövbə etməlidir," Muxtar Robou bildirib.

Əl-Şəbabın sabiq lideri Muxtar Robou
Əl-Şəbabın sabiq lideri Muxtar Robou

"Onlar dayanmalıdır, mən Əl-Şəbabı nəzərdə tuturam" deyə, o əlavə edib.

Somali tarixində ən dəhşətli sayılan bu hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin Somali hökuməti və terrorizm üzrə ekspertlər bunun arxasında yalnız Əl-Şəbabın durduğuna inanır.

XS
SM
MD
LG