Accessibility links

Əl-Şəbab çərşənbə günündən bəri 18 nəfəri edam edib


Somalinin yaraqlı qrupu Əl-Şəbab çərşənbə günündən bəri 18 nəfəri edam edib. Bu, ABŞ-ın hava zərbələrinin hədəfi olan qrup tərəfindən törədilən ən kütləvi edam hadisələridir.

Əl-Şəbab məhkəməsinin qərarı ilə günahkar tanınan 4 nəfər bazar günü qətlə yetirilib. Somalinin hökumət ordusunun 2 əsgəri güllə ilə öldürülüb. Daha bir qadın, 20 yaşlı İqra Əbdi Aden Keniyaya casusluq ittihamı ilə edam edilib. 18 yaşlı Mur Bəkər Cirou usə 16 yaşlı qızı zorlama ittihamı ilə daşa basılaraq öldürülüb. O, qızla əlaqənin qarşılıqlı olduğunu desə də, ölüm hökmü ona evli olduğu üçün verilib.

Şənbə günü yaraqlılar tərəfindən hökumət əsgəri ittihamı ilə 3 nəfər edam edilib.

İyulun 3-ü və 4-də 2 fərqli edamlarda 10 nəfər qətlə yetirilib.

Məhkumlar vəkillərlə təmin edilmir. Tənqidçilər bu insanlara ingəncələr verildiyinə inanır.

Əl-Şəbab artıq on ildən çoxdur höküməti devirmək üçün döyüşür. Silahlı qrup 2011-ci ildə bir zamanlar nəzarət etdiyi mövqelərindən imtina edib və o zamandan bəri bir çox istinadgahını itirib.

Lakin qrup ölkənin kənd ərazilərinin böyük hissəsinə nəzarət edir və Qərbin dəstəklədiyi Somali hökümətinə qarşı silahlı qiyam aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG