Accessibility links

ABŞ-ın hava hücumu nəticəsində Somalidə 100-dən çox Əl-Şəbab militantı öldürülüb


Yüzlərlə Əl-Səbab döyüşçüsü Somali paytaxtı Moqadişu yaxınlığında təlim keçən zaman
Yüzlərlə Əl-Səbab döyüşçüsü Somali paytaxtı Moqadişu yaxınlığında təlim keçən zaman

ABŞ hərbi qüvvələrinin dronlarla hücumu nəticəsində Somalidə 100-dən çox Əl-Şəbab militantı öldürülüb. Bu haqda Birləşmiş Ştatların Afrika Komandanlığı (AFRICOM) məlumat verib.

Hərbi qüvvələrin rəsmiləri Amerikanın Səsinə bildirib ki, hava hücumu nəticəsində Əl-Şəbabın ölkə paytaxtı Moqadişudan 200 kilometrlik məsafədə yerləşən Bey regionundakı təlim düşərgəsinə zərbə endirilib.

“Bizim gördüklərimizdən çıxardığımız nəticə budur ki, onlar militantlar idilər”, AFRICOM-un sözçüsü Entoni Falvo Amerikanın Səsinə bildirib.

ABŞ hərbi qüvvələrinin bildirdiyinə görə, hava hücumu ölkə daxilində təhlükələrin ünvanlanması üçün kömək məqsədilə Somali hökuməti ilə koordinasiya edilib. Somali hökuməti Əl-Qaidə qrupu ilə əlaqədar militantların dünya miqyasında terror hücumlarının planlaşdırılması üçün istifadə edilə biləcəyi sığınacaqları hədəf alır.

ABŞ bu il Əl-Şəbaba qarşı 30-dan çox hava hücumu keçirib. Təkcə bu ay altıdan çox hava hücumu keçirilib. Bu ayın əvvəli ABŞ hərbi qüvvələrinin Moqadişudan 30 kilometr şimalda Şabel regionunda dron vasitəsilə keçirdiyi hava hücumları zamanı bir neçə yaraqlı öldürülüb.

XS
SM
MD
LG