Accessibility links

Alabama həbsxanasında qiyam nəticəsində 2 nəfər bıçaqlanıb


Bu gün ABŞ-ın Alabama ştatındakı həbsxanada qiyam nəticəsində bir nəzarətçi və bir mühafizəçinin bıçaqlanmasından sonra həbsxana qapalı rejime keçib. Bu barədə məlumatı ştatın Penitensiar Xidməti verib.

Atmor şəhərindəki Uilliam Holman İslah Düşərgəsində 100-ə yaxın məhbus üsyan qaldırıb.

İnsident yataqxamada məhbuslar arasında dava ilə başlayıb. Açıqlanan bəyanatda deyilir ki, mühafizəçi məhbuslardan birinin qarşısını alarkən bıçaqlanıb.

Nəzarətçi Karter Davenport isə digər nəzarətçilərlə birlikdə yataqxanaya daxil olarkən bıçaq zərbəsi alıb. Bıçaqlananların heç birinin həyati təhlükəsi yoxdur.

Daha sonra məhbuslar dəhlizə alob vurublar. Asayişi bərpa etmək üçün 3 İslah Departamentinin fövqəladə hallar heyəti cəlb olunub.

XS
SM
MD
LG