Accessibility links

Alabama ştatında mübahisəli seçkidə demokrat qalib gəldi


ABŞ Konqresindəki yer uğrunda mübahisəli xüsusi seçkidə demokrat Doq Cons qalib gəlib və beləcə o, yanvar ayından başlayaraq ABŞ Senatında Alabama ştatını təmsil edəcək.

Consun qələbəsi Respublikaçılar partiyası üçün sarsıdıcıcı məğlubiyyət, cinsi qısnama ittihamlarına baxmayaraq Consun respublikaçı rəqibini dəstəkləyən prezident Donald Trampa isə töhmət olaraq görülür.

Cons Roy Mura cəmi iki faiz səslə qalib gəlib.

“Bu kampaniya qanun aliliyi barədə idi. Bu kampaniya nəzakət və düzlük, habelə yaşadığı məhəllədən asılı olmayaraq bu ştatdakı hər kəsin bərabər haqlar əldə etməsi barədə idi,” deyə Mur bildirib.

Bu nəticə onu göstərir ki, yanvar ayında Cons vəzifəsinin icrasına başlayanda republikaçıların Senatdakı sayı 52-dən 51-ə düşəcək və beləcə prezident Trampın gündəmini irəlilətməsi çətinləşəcək.

Mur Consa qarşı məğlubiyyətini qəbul etməyib və bu, onun seçki nəticələrinə qarşı etiraz edəcəyinə işarədir.

Tramp isə Tvitterdə yazdığı mesajda Consu təbrik edib və 2020-ci ildə eyni vəzifə üzərində keçiriləcək seçkini səbirsizliklə gözlədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG