Accessibility links

Corc Kluni evlilik həyatından məmnundur


Corc Kluni ən sevimli rolunun deyəsən ər olduğunu düşünməyə başlayıb. Bir zamanlar subay yaşamağa üstünlük verən aktyor People jurnalına evlilik həyatının gözəlliyindən danışıb.

The New York Post İtaliyada keçirilən toy mərasimindən ətraflı məlumat yayımlayıb.

Kluni və onun gəlini Amal Alamuddin yüzə yaxın dost və ailə üzvləri qarşısında evlilik andı içiblər. Deyilənə görə gəlinin anası deyib ki, Corcla Amal bütün mərasimi məhəbbət saçıb.

Toy mərasimi inanılmaz dərəcədə xüsusi və əfsanəvi olub və Corc yeni qohumlarının sevgisini qazanıb.

People jurnalı yazır ki, onlar Corcun şərəfinə badə qaldıraraq bunları deyib “Corc biz səni çox istəyirik. Biz sənin əməllərin, intelektual söhbətlərin və səxavətliliyinlə qürur duyuruq.”

Əminik ki, Kluni də Amal haqda eyni şeyləri fikirləşir.

XS
SM
MD
LG