Accessibility links

Trans-Alyaska neft kəmərinin 40-cı ildönümü qeyd edilir [Video]


Neft Alyaskanın əsas gəlir mənbəyidir. Bu il Trans-Alyaska neft kəmərinin 40-cı ildönümünü qeyd edilir. Amerikanın Səsi Şimalı Amerikanın ən böyük neft yatağınımn tarixinə nəzər salır.

Təxminən 1300 km. uzunluqdakı məşhur Trans-Alyaska neft kəməri bir neçə dağ bölgəsi və yüzlərlə çaydan keçərək, xam nefti şimaldan Prudo körfəzindən cənubda Valdezə nəql edir.

Ziq-zaq quruluşlu və ən güclü zəlzələyə belə davam gətirən 40 yaşılı bu kəmər dünya boyu ən güclü qorunan daşıyıcılardan biridir. Cəmi 121 sm. enində olan bu borular vasitəsilə 17 milyard barrel neft ötürülük ki, bunun da yerli iqtisadiyyata böyük təsiri olub.

Alyaskada neft bumunun neft üzrə geoloq Tom Marşalın dedikləri sayəsində baş verdiyini demək mümkündür. O, Arktika dairəsindən kənarda, Alyaskanın şimal yamacındakı Prudo körfəzində qara qızıl çıxarılacağını əvvəlcədən demişdi. “Mən bu seçimi edəndə bəziləri mənə həmin bölgədəki torpaqlar haqda kitab göstərdi. Onlar “Marşal ağlını itirib” deyə, yazırdılar. Mən başa düşə bilmirdim, nəyə görə onlar belə düşünür” deyə, Tom Marşal bildirir.

Geoloq Marşalın dediyi kimi böyük neft yatağı Şimali Amerikada, Arktika Dairəsindən uzaqda tapıldı.

1970-ci illərdə baş verən enerji böhranı və neft qiymətinin artması tikinti və istismar xərclərini doğrultdu. Alyaska xalqı bundan faydalandı. Hər il Alyaskanın hər bir sakini min dollardan çox dividend alır.

Neft Alyaskada böyük dəyişikliklərə səbəb oldu, lakin lazımlı düzəlişlərlə yanaşı problemlər də gətirdi. "Ukpeaġvik Iñupiat" korporasiyasının prezidenti Entoni Edvardson: “Böyük dəyişikliklər oldu. Yadımdadır, biz o vaxtlar suyu çənlər və vedrələrlə daşıyırdıq. Vergi ödəmədən şimal yamacında bizim nə kanalizasiyamız, nə də axar suyumuz ola bilərdi. Vergi gəlirləri Prudo körfəzindən gəlməyə başladı və bizim icmalarda böyük dəyişikliklər edildi. Məktəblər, klinikalar, yanğınsöndürmə idarələri maliyyələşdirildi. Amma eyni zamanda Prudo körfəzi alkoqolizm problemini də gətirdi.”

Hazırda bəzi sakinlər Alyaskanın neftdən asılılığından narahatdır. 1990-cı ildən bəri neftin qiyməti düşməyə başladı, bu isə ştatda büdcə çatışmazlığına səbəb oldu. “Biz pul qazanırdıq və bu çox asan idi. İnsanlar gələcəyi düşünmürdü. İndi isə daha bu yoxdur və biz bütün cavabdehliyi öz üzərimizə götürməliyik.”

Alyaskanın neft potensialı tükənməyib, lakin Arktika Milli Qoruğunda qazma işlərinin canlı təbiətə təsiri geniş tənqidlərə yol açıb. Tom Marşal isə neftin aşkar edilməsinin Alyaskanın gələcəyinin açarı olduğunu deyir.

XS
SM
MD
LG