Accessibility links

Albaniyada parlament seçkiləri keçirilir


Albaniyada seçicilər parlament seçkilərində səs verir. Səsvermə ölkənin iki əsas siyasi partiyasının fikir ayrılıqlarını bir tərəfə qoyub, Albaniyanın Avropa İttifaqına qoşulması səylərinə dəstək verərək, mühüm razılıq əldə etməsindən sonra keçirilir.

Azad və ədalətli seçkilərin keçirilməsi Avropa İttifaqına üzvlüyə dair danışıqların başlanması üçün əsas şərtlərdən biridir. 2.9 milyon əhalisi olan Albaniya artıq NATO-ya üzvdür.

2014-cü ildə Avropa İttifaqına namizəd statusu aldıqdan sonra rəsmi Tirana quruma üzvlük istiqamətində irəliləmək üçün mühüm islahatların keçirilməsində çətinlik çəkir. Bunların ən başlıcası ölkənin korrupsiyaya uğramış ədliyyə sistemində islahatların aparılmasıdır.

Bazar günü keçirilən parlament seçkilərində parlamentdə 140 yer uğrunda 18 siyasi partiya mübarizə aparır. Əsas rəqabət baş nazir Edi Ramanın Sosialist partiyası və Lulzim Başanın rəhbərlik etdiyi müxalif Demokrat partiyası arasında gedir.

May ayında əldə edilmiş razılıq demokratların parlamentin üç aylıq boykotuna son qoyub. Demokratlar səsvermənin manipulyasiyalara yol verilməsinə açıq olduğunu iddia edirdi. Seçki gününün təyin edilməsi bir həftə yubadılıb və Ramanın Sosialist partiyasının üzvləri seçkinin şəffaf keçməsi üçün daha geniş nəzarətin tətbiq edilməsinə söz verib.

Bütün siyasi partiyalar seçkilərə islahatlar platformasından qatılaraq, daha sürətli iqtisadi inkişafa nail olunması, maaşların artırılması və işsizlik səviyyəsinin azaldılmasına söz verib. Ölkədə işsizlik səviyyəsi 14 faiz təşkil edir.

Səsvermənin ilkin nəticələrinin bazar ertəsi elan ediləcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG