Accessibility links

Albaniyada parlament seçkiləri keçirilib


Bazar günü Albaniyada parlamet seçkiləri keçirilib. Ölkə Avropa İttifaqına üzvlük danışıqlarından öncə demokratik dəyərlərini gücləndirmək istəyir.

Parlament seçkilərində 140 yer uğrunda 18 siyasi partiya mübarizə aparıb. Əsas rəqabət baş nazir Edi Ramanın Sosialist Partiyası və Lulzim Başanın rəhbərlik etdiyi müxalif Demokrat Partiyası arasında gedib.

Exit poll nəticələri sosialistlərin mərkəz-sağçı Demokrat Partiyasından az fərqlə öndə olduğunu göstərib, lakin sosialistlərin təkbaşına hökümət qurmaq üçün lazım olan 71 yeri qazanıb-qazanmadığı hələ aydın deyil.

Bütün əsas partiyalar islahatlar vədi üzərində kampaniya aparıb. Onlar iqtisadi inkişafı sürətləndirəcəklərini, maaşları artıracaqlarını və hazırda 14 faiz olan işsizlik səviyyəsini azaldacaqlarını vəd ediblər.

Seçki zamanı təhlükəsizliyi qorumaq üçün 6 min polis işçisi səfərbər olunub. Bundan əlavə səsverməyə 300-dən çox xarici müşahidəçi nəzarət edib.

İlkin seçki nəticələrinin bazar ertəsi axşam saatlarında açıqlanacağı gözlənilir. NATO üzvü olan Albaniyanın 2,9 milyon seçicisi Avropa İttifaqına namizəd statusunu 2014-ci ildə qazanıb, lakin bu prosess ölkədə islahat çatışmazlığı səbəbi ilə yavaşlayıb.

XS
SM
MD
LG