Accessibility links

Albukerke Hava Şarı Festivalı


Albukerke Hava Şarı Festivalı
please wait

No media source currently available

0:00 0:04:48 0:00

Hər ilin oktyabr ayında Nyu Meksiko ştatının mərkəzi şəhəri olan Albukerkedə Beynəlxalq Hava Şarı Festivalı keçirilir. Bu festivalı digərlərinən fərqli edən onun miqyasıdır. 500-dən artıq hava şarının iştirak etdiyi bu tədbir dünyanın ən nəhəng hava şarı festivalıdır.

Bu tədbirə 46 il öncə start veriləndə, onun miqyası indikinə yaxın olacağı belə ehtimal edilmirdi. Yerli radiostansiya özünün 50 illik yubiliyeni məhz hava şarlarının iştirak etdiyi bir tədbirlə qeyd etmək niyyətində idi. O zaman onların iddiaları böyük deyildi. Dünyanın müxtəlif yerlərində dəvətnamələr göndəriləndən sonra, 21 hava şarı pilotu Albukerkedə keçiriləcək tədbirdə iştirak etməyə söz verdi. Lakin nəticədə, cəmi 13 hava şarı iştirak etdi. Həmin ilk tədbiri şəhər üçün o zamankı rəqəmlərlə kifayət qədər böyük bir kütlə izlədi. 20,000 insan hava şarlarının səmaya qalmasını görmək üçün tədbirin keçirildiyi məkana üz tutdu.

Albukerke Hava Şarı Festivalına hər il 500-dən çox hava şarı və milyona yaxın izləyici qatılır.
Albukerke Hava Şarı Festivalına hər il 500-dən çox hava şarı və milyona yaxın izləyici qatılır.

Bunun uğurlu bir təşəbbüs olduğunu anlayan təşkilatçılar, o gündən bəri festivalı hər il keçirir. İldən-ilə hava şarlarının da, izləyicilərin də sayı sabit olaraq artır. İlk cəhddən təxminən yarım əsr keçməsindən sonra, Albukerke Hava Şarı Festivalına 500-dən çox hava şarı və milyona yaxın izləyici qatılır.

Maraqlısı odur ki, hava şarlarının sayı daha çox ola bilərdi. Sadəcə, təhlükəsizlik və şəhərin getdikcə böyüməsi ilə bağlı narahatlıqlar təşkilatçıları 500 hava şarı ilə kifayətlənməyə məcbur edir. Məsələn, vəziyyətin daha müvafiq olduğu 2000-ci ildə hava şarlarının sayı indikindən iki dəfə çox idi.

2000-ci ildə festivala qatılan hava şarlarının sayı indikindən iki dəfə çox idi.
2000-ci ildə festivala qatılan hava şarlarının sayı indikindən iki dəfə çox idi.

Albukerke şəhəri ABŞ haqqında düşündükdə ilk ağlınıza gələn şəhərlədən biri deyil. Şəhərin iqtisadiyyatı digər ABŞ şəhərlərində nisbətən geri qalır. Şəhərin yerləşdiyi Nyu Meksiko ştatı iqtisadiyyatına görə, 50 ABŞ ştatı arasında 37-ci yerdədir. Məhz bu səbəbə görə, bir milyon turisti cəlb edə bilən bu festival şəhər və ştat üçün çox əhəmiyyətlidir.

Bütün bu sadaladığımız məqamlara görə, biz həmin festivala qatılıb, həmin festivalın gözəlliyini izləyicilərimizə çatdırmaq istədik.

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG