Accessibility links

Alimlər içki sənayesini tənqid edir [Video]


Alimlər içki sənayesini tənqid edir
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Alimlər içki sənayesini ictimaiyyəti spirtli içkilərlə xərçəng arasında əlaqə barədə yalnış məlumatlara görə tənqid edib. Londonun “Gigiyena və Tropik Tədqiqat” institutunun tədqiqatçıları bunu siqaretlə ağ ciyər xərçəngi arasındakı əlaqə ilə bağlı tütün sənayesinin cəhdləri ilə müqayisə edir.

Dünya boyu spirtli içki istehsal edən 28 təşkilatın təmsilçisi olan web səhifələrə nəzər salan alimlər belə qənaətə gəliblər ki, bu təşkilatların çoxu spirtli içki ilə xərçəng arasındakı əlaqəni təhrif edir. "Gigiyena və Tropik Tədqiqat” institutunun professoru Mark Pettikryu: “Beləliklə, siz görə bilərsiniz ki, alkoqolla bağlı bir çox səhiyyə problemləri vebsaytda yer alıb, lakin xərçəng və xərçəngin spesifik növləri orada yoxdur - ələlxüsus döş və bağırsaq xərçəngi.”

Vaşinqton mahalında yerləşən “İçkiyə Cavabdehlik Beynəlxalq Alyansı” və ya IARD adlanan təşkilat spirtli içkilərin xüsusi xərçəng növləri riskinə və ya digər xəstəliklərə səbəb olması barədə ictimaiyyəti yanlış məlumatlandırması tənqid edilib.

Amerikanın Səsinə təqdim etdiyi bəyanatında bu təşkilat açıqlamalarını belə müdafiə edir: “Biz alkoqolun sağlamlığa zərərləri ilə bağlı məlumatları elmi sübutlara əsaslanaraq dərc edirik.”

Hesabatın müəllifləri sənayenin bu addımlarını uzun müddətdir xərçəng və siqaret arasındakı əlaqəyə müxalif olan tütün nəhəngləri ilə müqayisə edirlər. “Birləşmiş Krallıqda xərçəng xəstələrinin 4 faizinin spirtli içlərlə əlaqəsi var. Məncə bir şeyi yaddan çıxarmamaq lazımdır. Bu da az işən insanların xərçəng riskinin az olmasıdır. Bu təşkiların isə risklə bağlı məlumatı təhrif olunmuş və səhvdir.”

Hesabatda deyilir ki, spirtli içki sənayesinin ürək-damar xəstəlikləri riski kimi risklərlə bağlı yanlış məlumatlarının araşdırılmasına təcili ehtiyac duyulur.

XS
SM
MD
LG