Accessibility links

Milad mövsümünün möcüzələri


Milad mövsümünün möcüzələri
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Milad hədiyyə mövsümüdür. Bir nəfər isə bu bayram mövsümü insanları öz evini bəzəməklə sevindirməyə çalışır. Bu Milad ənənəsi Kurt Farmerin atasından qalıb.

Milad mövsümündə Virciniya ştatının Aleksandriya şəhərindəki bu evi gözdən qaçırmaq mümkün deyil. Ziyarətçi Ella Makander: “Bu, bir möcüzədir, həm də möhtəşəmdir. Burada baxmalı çox şey var.”

Kurt Farmer buranı işıqlar və dekorasiyalarla bəzəmək üçün 300 saat vaxt sərf edib. “Məni geri, uşaqlığıma aparan uçan Santa 40 ildir buradadır. O, 40 ildir eyni yerdə durur.”

Kurt kiçik yaşlarından bayram mövsümündə evlərini bəzəyərkən atasına yardım etməklə böyüyüb və böyüdükcə ideyaları da artıb.

Kurtun anası rəhmətə getdikdən sonra atası bu evi tərk edib. Kurt isə yenidən öz evlərinə köçərək, ailə ənənəsini davam etdirib. “Mən atamın başladığını davam etdirmək, insanları real həyatdan uzaqlaşdıraraq, bir anlıq xoşbəxt etmək istəyirəm.”

İndi isə Kurtun Lili 9 yaşlı qızı yardım edir. “Atama yardım etmək və işin bir hissəsini görmək mənim xoşuma gəlir.”

Kurt hər il daha çox dekorasiya istəyir. “Mən Santadan istədiklərimi yazıram. Biz işıqları yanıq qoyuruq ki, o evi görə bilsin Santa mənə istədiklərimi gətirsin.”

Üç il əvvəl Kurt Milad mövsümü zamanı evi bəzəyərkən yıxılmışdı və yenidən gəzməsi üçün aylarla vaxt gərək olmuşdu. Lakin aldığı xəsarətə baxmayaraq, o, işıqları yerləşdirmək üçün yenidən dama çıxıb. “Düşünürəm ki, bəzilərinin uşaqlar üçün bu qədər səy göstərməsi möhtəşəmdir" deyə, ziyarətçi Ann Smol bildirir.

Uşaqların bu qədər sevindiyini görmək Kurtun xoşuna gəlir. Lakin o, böyüklərin həyəcanından daha çox ləzzət alır. “Böyüklər onların uşaqlıq illərini xatırladan yerə gələ bilir. Onları uşaqlıq illərinə qaytarıb xoşbəxt etmək vacibdir.”

Ziyarətçilərin buradan bu duyğu ilə ayrılması Kurtu məmnun edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG