Accessibility links

Müşahidə qrupu: Hələb uğrunda döyüşlər başa çatdı


Suriya İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, Hələb uğrunda döyüşlər "sona çatıb". Buna səbəb hökumət qüvvələrinin üsyançı qüvvələrin nəzarətində olan sonuncu məhəlləni də ələ keçirməsidir.

"Bu tam bir dağılmadır" - deyə Britaniyada qərargahlanan müşahidə qrupunun direktoru Əbdül Rəhman bildirib.

Suriya İnsan Haqlarını Müşahidə qrupunun məlumatına görə, hökumət qüvvələri Şext Səid bölgəsinə nəzarəti bərpa edəndən sonra indi onlar bir zamanların üsyançıların əlində olan bölgələrin 90 faizinə nəzarət edir. Üsyançıların Hələb şəhərini 2012-ci ildə ələ keçirmişdi.

Suriya hökuməti daha əvvəl cənubdakı rayonlara nəzarəti ələ keçirərək müxalif döyüşçülərin nəzarətindəki sonuncu bölgələrə qarşı hava hücumları həyata keçirməyə başlamışdı.

Suriya İnsan Haqlarını Müşahidə qrupunun məlumatına görə, hökumət qüvvələri Şext Səid bölgəsinə nəzarəti bərpa edəndən sonra indi onlar bir zamanların üsyançıların əlində olan bölgələrin 90 faizinə nəzarət edir. Üsyançıların Hələb şəhərini 2012-ci ildə ələ keçirmişdi.

Digər tərəfdən həftə sonu ABŞ İŞİD terror qruplaşması ilə mübarizə üçün terrorçuların "paytaxtı" hesab edilən Raqqa şəhərinə 200 hərbçi göndərəcək.

Bunu ABŞ müdafiə naziri Eşton Karter deyib. Onun sözlərinə görə, bu 200 nəfərə xüsusi təyinatlə təlimçilər, məsləhətçilər və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər daxildir.

ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiya Raqqanın azad olunmasını hədəfləyir. ABŞ keçən ay Suriyaya 300-ə yazın koalisiya əsgəri göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG