Bazar günü Suriyanın Hələb şəhərinin qərbində döyüşlər vüsat alıb. Üsyançı qüvvələr Rusiyanın dəstəklədiyi hökumət qüvvələrini dağıtmaq üçün şəhərin şərq hissəsindən hücuma keçdi.
Müşahidəçilər son döyüşlər zamanı 41 mülki vətəndaşın öldürüldüyünü desə də, Suriyanın dövlət SANA xəbər agentliyi həkumət qüvvələrinin nəzarətində olan iki bölgədə zəhərli qazdan istifadə edildiyini bildirib.
Məlumatda zəhərli qazdan Türkiyə və Səudiyyə Ərəbistanı ilə əlaqəsi olan və hökumətin terrorçu adlandırdığı təşkilatların istifadə etdiyi deyilib.
Müşahidəçilərin və üsyançıların bildirdiyinə görə, bazar günü ağır döyüşlər əsasən Hələbin mərkəzindən bir neçə km-lik məsafədə, hökumətin nəzarıətindəki qərb ərazilərinin yaxınlığındakı böyük mənzil tikintisi layihəsinin olduğu yerdə gedib.
Hücumlar zamanı üsyançılar avtomobillərdə intiharçı bomba hücumlarından və ağır artelleriyadan istifadə edib.