Accessibility links

Hələb şəhərində döyüşlər davam edir


Suriya hökuməti müttəfiqi Rusiyanın köməyi ilə cümə günü səhər Hələbdə üsyançıların nəzarətində olan ərazilərə hava və artilleriya hücumlarını intensivləşdirib. Hücumlar nəticəsində uşaqlar da daxil olmaqla bir neçə insan həlak olub.

Moskva bir ay davam edən humanitar fasilənin başa çatdığını elan etməsindən sonra hökumətin döyüş təyyarələri ardıcıl dördüncü gündür ki, hava hücumları həyata keçirir.

Britaniyada qərərgahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, hücumlar yenidən başlandıqdan bəri azı 65 mülkü vətəndaş həlak olub. Qrup əlavə edib ki, üsyançılar şəhərin hökumətin nəzarətində olan ərazilərinə ondan çox raket atıb.

Üsyançılar Hələbin şərq hissəsində hökumət ordusu tərəfindən iyul ayından bəri mühasirədə saxlanılır. Yardım agentliyi bildirib ki, ərzaq təchizatları faktiki olaraq bitmək üzrədir.

Bir vaxtlar Suriyanın əsas ticarət və sənaye şəhəri olan Hələb 2012-ci ildə üsyançılar şəhərin şərq hissəsini ələ keçirdikdən sonra döyüşlərə səhnə olub.

1.2 milyon mülkü vətəndaşın yaşadığı hökumətin nəzarətində olan ərazilər də üsyançı qüvvələr tərəfindən ardıcıl raket hücumlarına məruz qalıb.

XS
SM
MD
LG