Accessibility links

Hələbin şərqində qalan mülki vətəndaşlar və üsyançılar ərazini tərk edir


Livanda qərargahlanan və Suriya prezidenti Bəşar Əsəd qüvvələri ilə qanlı vətəndaş müharibəsində birgə döyüşən Hizbullah qrupu bildirib ki, Hələbin üsyançıların nəzarətində olan ərazilərində qalan insanlar oranı tez tərk etməlidir, belə ki, Suriya ordusu günün sonu əraziyə daxil olmağa başlayacaq.

Bu xəbərdarlıq BMT-nin Təhlükəsizlik Şurasının BMT-nin müşahidə qrupunun minlərlə mülki vətəndaşın ərazidən evakuasiya edilməsinə nəzarət etmək üçün dərhal səfərbər etməsinə dair yekdilliklə qəbul edilmiş qətnaməni təsdiq etməsindən sonra edilib.

Fransanın sponsorluq etdiyi qətnamənin qəbul etdilməsi bazar ertəsi 15 üzvü olan Şurada aylardır davam edən müharibəni dayandırmaq üçün Qərbin təkliflərinə Suriya hökumətinin müttəfiqləri olan Rusiya və Çin tərəfindən dəfələrlə veto qoyulduqdan sonra təsdiq edilib.

Bazar ertəsi mülki vətəndaşlar və üsyançılardan ibarət minlərlə daha çox insan Hələbin dağılmış şərq sektorundan avtobuslarla çıxarılıb. Bundan əvvəlki evakuasiya cəhdləri zamanı çox sayda partlayışlar və silahlı atışmalar nəticəsində ləğv edilib.

2012-ci ildə Əsəd rejimini devirmək strategiyasının bir hissəsi kimi üsyançılar tərəfindən ələ keçirilən Hələbin şərqində nə qədər insanın qaldığı məlum deyil.

XS
SM
MD
LG