Accessibility links

Hələbdə dövlət televiziyasına nəzarət uğrunda döyüşlər gedir


Suriya hökumət qüvvələri Hələbdə üsyançılarla dövlət televiziyasının binası uğrunda döyüşlər aparırlar. Bu arada prezident Bəşər Əsədə loyal qüvvələr paytaxt Dəməşqdə üsyançı hədəfləri bombardman edirlər.

Londonda qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri Qrupu cümə günü 20-dən çox adamın öldürüldüyünü xəbər verib.

BMT Baş Assambleyası cümə günü Suriyanın üsyançılara qarşı ağır texnikadan istifadəsini pisləyən öhdəliksiz qətnamə qəbul edib. Səsvermə həmçinin BMT Təhlükəsizlik Şurasını zorakılığın qarşısını almadığına görə tənqid edib.

Suriya Baş Assambleyanın qərarını pisləyib.

Rusiya və Çin indiyədək Təhlüksəzilik Şurasının Suriya ilə bağlı 3 qətnaməsinə veto qoyublar. Baş Katib Ban Ki Mun şuranın bu məsələdə “iflic” olduğunu vurğulayıb.
XS
SM
MD
LG