Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və Suriya Ərəb Qızıl Aypara Təşkilatı aralarında vəziyyətinin kritik olan insanlar da daxil olmaqla, 200 yaralının evakuasiyasına başladıqlarını bildirib.
BMT-nin humanitar məsələlər üzrə nümayəndəsi Jan Egeland müxbirlərə 2012-ci ildən bəri üsyançıların nəzarət etdiyi şərqi Hələbdən son evakuasiyanın uğurla başa çatacağına ümid etdiyini deyib.
Suriya dövlət televiziyası Hələbin şərq bölgəsində Suriya bayrağının dalğalandırıldığı göstərib.
Bundan əlavə Hələb sakinlərinin şəhərə daxil olan yardım maşınlarına doğru qaçdıqları görünüb.
Egeland şəhərdən evakuasiya edilənlər arasında yaralı və xəstə insanların, eləcə də üsyançı döyüşçülərin olduğunu bildirib.
Bu əməliyyat çərşənbə günü əldə olunan razılıqdan sonra başlayıb. Lakin razılıq əldə olunandan sonra bunun həyata keçib-keçməyəcəyi qeyri-müəyyən idi, çünki daha öncə çərşəngə günü səhərsaatlarında digər bir planlaşdırılmış evakuasiya həyata keçməmiş, Hələbdəki atəşkəs isə pozulmuşdu.
Cümə axşamı şəhərdə zorakılıqların davam etdiyinə dair iddialar var idi. Fəallar və yerli səhiyyə rəsmiləri hökümət tərəfdarı qüvvələrin üsyançıların nəzarət etdiyi bölgəni tərk etməyə çalışan təcili yardım maşınını atəş açdıqlarını və üç nəfəri yaraladıqlarını bildirir.
İllərdir davam edən döyüşlər və hökümətin Hələbi mühasirə etməsi nəticəsində şəhər dağılıb, beynəlxalq ictimaiyyət bununla bağlı narahatlığını bildirib, yardım qrupları isə ərzaq və tibbi müdaxiləyə ehtiyacı olan minlərlə insanlarla bağlı narahatlığını dilə gətirib.
Üsyançıların Hələbdən çıxması Suriya prezidenti Bəşər Əl-Əsəd üçün böyük qələbə olacaq. Ona bağlı qüvvələr Rusiyanın dəstəyi ilə hərbi kampaniyanı davam etdirir və son həftələrdə üsyançılardan daha çox ərazi geri alınıb.