Accessibility links

Alətlərdən istifadə edə bilən qarğalar [Video]


Alətlərdən istifadə edə bilən qarğalar
please wait

No media source currently available

0:00 0:01:14 0:00

Alətlərdən istifadə edə bilən qarğalar

Şimpanzelər bunu edir. Susamurular da. İndi isə nəsli kəsilməkdə olan qarğa növü elit alət istifadəçi heyvanlar sırasına daxil edilib. Alimlər uzun zamandır Yeni Kalidoniyaya aid qarğanın alətlərdən istifadə edərək dərin yarıqlardan yemək çıxara bildiklərini bilirlər. İndi isə artıq vəhçi təbiətdə nəsli kəsilən əslən Havaydan olan bir qarğa növü də eyni bacarıqlara sahib olduğunu göstərərək, düşünüldüyündən daha ağıllı olduğunu sübut edib.

Bu bizim alətlərdən istifadə fikrinə nəzər yetirmək yollarını yenidən düşünməyə və daha öncə nəzərdən qaçırdığımız şeyləri aşkar etmyə vadar edir
Kevin MakQovan

San Dieqo zooparkında Alala qarğaları ilə eksperiment aparan alimlər kötüyün içində onların lüləkləri ilə uzana bilməyəcəkləri qədər dərin yarıq və dəliklərin içinə yemək parçaları qoyublar.

​Amma quşlar qısa bir zaman içərisində kiçik çubuqlardan istifadə edərək bu yeməyi oradan çıxarmağın yolunu tapıblar.

Bundan əlavə onlar daha geniş yayılmış xüsusiyyət sərgiləyiblər: digərlərindən faydalanırlar.

Kornel Universitetinin ornitoloqu Kevin MakQovan deyir ki, bu çox vacib bir kəşfdir.

“Bu bizim alətlərdən istifadə fikrinə nəzər yetirmək yollarını yenidən düşünməyə və daha öncə nəzərdən qaçırdığımız şeyləri aşkar etmyə vadar edir,” deyə o bildirir.

Alalalar Yeni Kaledoniya qarğalarından sonra eksperiment yolu ilə alətlərdən istifadə bacarığına malik olduğu bilinən ikinci qarğa növüdür.

Dünyada sadəcə 109 Alala qarğası mövcuddur və onların hamısı qapalı məkanda yaşayır, çünki alimlər onları yenidən vəhşi təbiətə buraxmaq üçün yetişdirməyə çalışırlar.

Alimlər düşünür ki, alətlərdən istifadə bacarıqlarının inkişafı onların yaşadıqları uzaq Sakit Okean adalarındakı xüsusi ekoloji şəraitdən bəslənib.

XS
SM
MD
LG