Accessibility links

Əlcəzair yaraqlıları Maliyə müdaxiləyə etiraz olaraq xarici ölkə vətəndaşlarını girov götürüb



Əlcəzairdə Əl-Qaidə ilə əlaqəsi olan islamçı yaraqlılar Fransanın Malidə hərbi əməliyyatlarına etiraz əlaməti olaraq, BP-yə məxsus təbii qaz yatağında çalışan xarici ölkə vətəndaşlarını girov götürüb.

Müsəlman Məğribində Əl-Qaidə qrupunun sözçüsü Amerikanın səsinə bildirib ki, girov götürülənlər arasında yeddi amerikalı var. Digər girovlar Yaponiya, Britaniya, Fransa və Norveç vətəndaşlarıdır. Ömər Ould Hamahanın sözlərinə görə, Amerika Fransaya Malidə kömək etmək istəyirsə, bunun nəticələri ilə üzləşməlidir. O, Fransanın müharibə elan etdiyini və müdaxilə davam etsə, qərblilərin zərər çəkəcəyini deyib.

ABŞ-ın Müdafiə naziri Leon Panetta xarici vətəndaşların girov götürülməsini terrorizm aktı adlandırıb. O, Birləşmiş Ştatların vəziyyətlə əlaqədar mümkün bütün addımları atacağını bildirib.

ABŞ Dövlət katibi Hillari Klinton məsələ ilə bağlı əlcəzairin Baş naziri Əbdülməlik Sellalla əlaqə saxlayıb.

Diplomatlar və təhlükəsizlik yaraqlıların da daxil olmaqla altı nəfərin girov götürüldüyünü bildiriblər.
XS
SM
MD
LG