Accessibility links

Əlcəzair prezidenti Abdeləziz Buteflika təkrar seçkilərin qalibi olub


Əlcəzair prezidenti Abdeləziz Buteflika təkrar seçkilərin qalibi olub. Beləliklə o, səhhət problemlərinə baxmayaraq, dördüncü dönəm prezidentliyi əldə etmiş olur.

Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi nəticələrə görə, Buteflika səslərin 82 faizini əldə edib. Onunla 5 namizəd yarışırdı.

77 yaşlı prezident hakim Milli Azadlıq Cəbhəsi Partiyasının dəstəyi ilə seçkilərə qatılmışdı.

İflic olduqdan sonra xalq arasında çox az görünən prezident səsvermə məntəqəsində əlil arabası ilə gedib.

1999-cu ildə ilk dəfə hakimiyyətə gələn Buteflika 2008-ci ildə konstitusiyada prezidentlik dönəminin qeyri-məhdud edilməsi barədə dəyişiklik edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG