Accessibility links

Tramp Ali Məhkəmə hakimliyinə namizədini bazar ertəsi elan edəcək


ABŞ prezidenti Donald Tramp və təqaüdə çıxan Ali Məhkəmə hakimi Entoni Kennedi

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ali Məhkəmənin təqaüdə çıxan hakimi Entoni Kennedini əvəz etmək üçün irəli sürdüyü namizədi elan edəcək. Ehtimal edilir ki, elandan sonra namizədin təsdiq edilməsi zamanı Senatda cüzü üstünlüyə malik olan respublikaçılar demokratlar tərəfindən sərt müqavimətlə üzləşəcək.

Prezident həftəlik müraciətində bildirib ki, konstitusiyanı yazıldığı kimi interpretasiya edən hakimin seçilməsi onun mühim məsuliyyətidir. Tramp söz verib ki, seçdiyi namizəd qüsursuz tarixçəyə, güclü zəkaya, tərəfsiz mühakiməyə, qanunlara və konstitusiyaya dərin hörməti olan hakim olacaq.

Cümə axşamı Montana ştatında seçki yürüşündə çıxış edən Tramp dəstəkçilərinə bildirib ki, Ali Məhkəmədə boşalan yerə irəli sürülən namizəd onları razı salacaq.

Entoni Kennedi Ali Məhkəmədə çox vacib səsə malik bir hakimdir. Xüsusilə də eynicinsli nikah və qadınların abort hüquqları kimi vacib işlərdə onun səsi həlledici olub. Demokratlar Ali Məhkəmənin daha çox sağa meyllənməsinə müqavimət göstərəcəklərinə söz veriblər.

Trampın namizədi Senat tərəfindən təsdiq edilməlidir. Hal-hazırda Senatda respublikaçıların 51, demokratların isə 49 səsi var.

XS
SM
MD
LG