Accessibility links

Ərdəbil həbsxanasında saxlanılan Əli Vasiqi məzuniyyətə göndərilib


Əli Vasiqi
Əli Vasiqi

Ərdəbil həbsxanasında 2 illik həbs cəzasını çəkməkdə olan siyasi fəal Əli Vasiqi bazar ertəsi günü bir həftəlik məzuniyyətə göndərilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Vasiqi 50 milyon tümənlik mülki zəmanət qarşılığında məzuniyyət haqqından istifadə edib.

Əli və Rza Vasiqi qardaşları milli təhlükəsizliyi pozmaq yönündə fəaliyyət yürütmək ittihamı ilə iki il həbsə məhkum ediliblər. Rza Vasiqi keçən həftə məzuniyyətə çıxmışdı. O, şənbə günü martın 13-də Ərdəbil həbsxanasına qayıdıb.

Vasiqi qardaşları keçən ilin noyabr ayından bəri Ərdəbil həbsxanasında məhkum olduqları həbs müddətini keçirirlər.

Onlar 2020-ci ilin iyun ayında Ərdəbil şəhərindəki iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxılmışdılar. Həmin günlərdə, fəalların saxlanma zamanı ağır şəkildə döyüldüyü bildirilmişdi.

Əli Vasiqi daha əvvəl də Babək Qalası yürüşü və anti-irqçilik etirazları ilə əlaqədar həbs və mühakimə edilib.

XS
SM
MD
LG