Accessibility links

AXCP sədrinin evinin qaşısındakı aksiyaya etiraz edən Nemət Pənahlı saxlanılıb


Aprelin 11-də bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya keçirib. Gənclər uca səslə müxalifət partiyasının liderinin əleyhinə şüarlar səsləndirib, təhqiramiz ifadələr işlədib.

Bu zaman həmin binada yaşayan milli azadlıq hərəkatının rəhbərlərindən olan, keçmiş siyasi məhbus Nemət Pənahlı gənclərə ailələrin yaşadığı binanın qarşısında təhqiramiz ifadələr işlətməməyə çağırıb.

“Mən gənclərin təhqiramiz ifadələrinə etiraz etdim. Dedim ki, yaşayış binasının qarşısında təhqiramiz ifadələr işlətməyin, ucadan qışqırmayın. Evdə xəstə var, qadınlar, uşaqlar var. Bundan sonra mülki geyimli şəxslər məni Səbayel Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə apardı və bir saat salxadıqdan sonra azad buraxdılar”, Pənahlı qeyd edib.

Öz növbəsində, AXCP sədri Əli Kərimli evinin qarşısında son bir neçə gündə keçirilən etiraz aksiyasını qınayıb və aksiyanın iqtidar tərəfindən təşkil edildiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG