Accessibility links

İranın ali dini lideri zəlzələ bölgəsinə gəlib


İranın ali dini lideri Əli Xamneyi zəlzələ bölgəsində
İranın ali dini lideri Əli Xamneyi zəlzələ bölgəsində

Seyid Əli Xamneyi zəlzələdən zərər çəkən bölgənin yenidən qurulacağını deyib

İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyi bu gün Şərqi Azərbaycanda zəlzələdən zərər çəkmiş bölgələrdə olub.
İRNA agentliyinin məlumatına görə, ali dini rəhbər ilk öncə zəlzələ qurbanlarının ailələrinə başsağlığı verib, onların problemləri ilə tanış olub.
O bildirib ki, İran xalqının birliyi və həmrəyliyi xalqı daha da güclü edir. Dini lider xilasetmə işlərini qənaətbəxş hesab edib.
“Zəlzələ zonasında ziyan çəkən ərazilər yenidən qurulacaq. Zəlzələdən ziyan çəkən ərazinin yenidən qurulması dövlət rəsmilərinin nəzarətindədir. Uçmuş evlər yenidən tikiləcək, zədəli binalar bərpa olunacaq”, - deyə o qeyd edib.
Şərqi Azərbaycanda avqustun 11-də zəlzələ nəticəsində rəsmi məlumatlara görə 307 nəfər ölüb, iki mindən çox insan xəsarət alıb.
İran rəhbərlərinin zəlzələ bölgəsinə gəlməməsi beynəlxalq mediada ciddi tənqid edilib. Yerli sakinlər də sosial şəbəkələrdə yaydıqları videoreportajlarda hökumətin fəaliyyətini kəskin tənqid edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG