Accessibility links

Alimlər növləri birləşdirərək iqlim dəyişikliyinə qarşı vasitə yaradır [Video]


Bitkilər yarpaq, kök və budaqlarını atmosferdən aldıqları karbon dioksiddən yaradırlar. İndi isə bir qrup tədqiqatçı karbon dioksidi faydalı kimyəvi maddələrə çevirir. Onların eksperimental sistemi bunu bitkilərdən daha sürətli bir şəkildə edir. Tədqiqatçılar isə bu yeni üsulun iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verə biləcəyini deyir.

Mühərriklər və sənayelər səbəbilə atmosferə bitkilərin ala biləcəyindən daha çox karbon dioksid buraxılır.

Bu ifrat karbon dioksid isə planetimizi istiləndirir.

Amma indi bəzi tədqiqatçılar artıq karbon dioksidi daha faydalı bir vasitəyə çevirmək niyyətindədir. Bu tədqiqatçılardan biri də Max Planck İnstitutundan Tobias Erbdir.

“Biz laboratoriyada karbon diokdisi gələcəkdə istifadə oluna biləcək kimyəvi elementlərə çevirməyin yeni bioloji yollarını araşdırırıq”, deyə o bildirir.

O, bitkilərin karbon dioksidi ən mühüm maddələrə çevirməyi yaxşı bacardıqlarını müşahidə edib.

“Amma onlar bunu sürətli etmir. Fikrimcə mövcud olan biologiyanı sintetik biologiya ilə təkmilləşdirmək mümkün ola bilər”, Erb bildirir.

Ona görə də bu qrup karbon dioksidi toplamağın yeni yolunu yaradıb. Onlar bitkilər, bakteriyalar və hətta insanların hüceyrə sistemlərini bir araya gətiriblər. Ümumilikdə isə bu doqquz müxtəlif növdən 17 ferment deməkdir.

“Bundan əlavə biz daha yaxşı iş görə bilmələri üçün üç fermentə kompyuterdə bəzi dəyişikliklər etdik”, Erb deyir.

Bu ferment kolleksiyası karbon dioksidi bioyanacaq, plastik və başqa şeylər üçün isifadə olunan maddələrə çevirir və bunu bitkilərdən daha sürətli edir.

Solar Fuels İnstitutundan Amanda Smey deyir ki, bu, sintetik biologiya üçün böyük bir irəliləyişdir.

“Onların bu qədər növü bir araya gətirib birlikdə iş görməsini təmin etməyi baxarması çox həyəcanlıdır”, deyə o bildirir.

Hazırda bu, təkcə sınaq-şüşəsində mümkündür. Bundan sonra isə Erb deyir ki, tədqiqatçılar süni yarpaqlar yarada, ya da bitkiləri fərdiləşdirə bilər.

“Məsələn yosun və daha sonra elə bütün bitkiləri yüksək-səmərəli karbon dioksidin təsbit tsikli ilə təchiz etmək olar,” Amanda Smey deyir

Ya da alimlər kimyəvi maddə və ya dərman əldə etmək üçün digər təbii sistemləri də dəyişə bilərlər.

“Beləcə biz dərmanları daha tez düzəldə bilərik ki, bu da, qiymətlərin azalmasına səbəb ola bilər və yaxud da biz daha öncə çıxışımızın olmadığı dərmanlar düzəldə bilərik”, Stiv Baraqona deyir.

Qarşıdan alimləri hələ çox texnoloji çətinliklər gözləyir, amma Amanda Samey deyir ki, bu tədqiqat ilk addımdır.

XS
SM
MD
LG