Accessibility links

Əlirza Fərşi: İran hökuməti yardım səylərini əngəlləyir [Audio]


Tehranda yaşayan milli fəal Əlirza Fərşi Amerikanın Səsinə müsahibədə bildirib ki, İran hökuməti zəlzələdən əziyyət çəkən Azərbaycan türklərinə lazım olan qayğını göstərmir və zəlzələ qurbanları haqda həqiqi statistikanı açıqlamır.

Onun sözlərinə görə, üzərilərində “Azərbaycan, başın sağ olsun!” yazılmış maşınlar və bu maşınlarda yardım göstərməyə gələn insanlar polis tərəfindən geri qaytarılır.

Paytaxt Tehranda zəlzələ haqda çox az məlumatın olduğunu deyən Fərşi İslam Respublikası rəsmilərini zəlzələ haqda informasiyanı boğmaqda ittiham edir. Onun sözlərinə görə, rəsmilər nəinki soyuqdan və aclıqdan əziyyət çəkən insanlara lazımi yardım göstərmir, əksinə bu işi görməyə çalışan insanlara əngəl törədir.

Əlirza Fərşi Azərbaycan türklərinin fərdi qaydada yardım fondu təsis etdiklərini və zəlzələnin nəticələrini aradan qaldırmaq üçün səyləri öz əllərinə aldıqlarını deyir.

please wait

No media source currently available

0:00 0:05:03 0:00
XS
SM
MD
LG