Accessibility links

Əlirza Abdullahi: Güneydəki hərəkat hücumlara qarşı bir təpkidir [Audio-Müsahibə]


Əlirza Abdullahi
Əlirza Abdullahi

Amerikanın Səsi ilə söhbətdə milli fəal və sabiq siyasi məhbus Əlirza Abdullahi Güney Azərbaycan Milli Hərəkatının bugünkü durumu eləcə də, hərəkat haqqında irəli sürülən bəzi tənqidlər haqqında öz düşüncələrini ifadə edib. Abdullahi adından asılı olmayaraq İran Azərbaycanında cərəyan edən hərəkatın mərkəzdən gələn basqı və hücumlara qarşı ortaya çıxmış bir mübarizə olduğunu müdafiə edir.

Əlirza Abdullahi: Milli hərəkat basqılara reaksiyadır
please wait

No media source currently available

0:00 0:16:42 0:00

“Güney Azərbaycanda gedən gedişata baxanda bunun adı hər nə olursa olsun, – Güney Azərbaycan Milli Hərəkatı ya hüviyyət-xah hərəkat (kimlik hərəkatı) da deyirlər – orada son yüz ildə Azərbaycana qarşı mərkəzdən planlaşdırılmış oyunlar gedir, insanların kültürünü, hər şeyini yox etmək istəyirlər və buna görə də insanlar bu hücumlara təpki göstərmək hədəfi ilə bir araya gəlib...”

Keçən yüz ildə hər iki rejim bu istiqamətdə siyasət yürüdüb. İndi bu durumda bunun qarşısında olan insanlar heç bir imkana malik deyil, bu insanların qarşısında dövlət var, istədiyi zaman tutur, istədiyində işgəncə edir, ağır cəzalar verir.
Əlirza Abdullahi

O həmçinin deyir ki, “türklərin nə onun bunun coğrafiyasında gözü var nə də ona buna hücum edir. Bizdən bu günə qədər kimsəyə heç bir zərər gəlməyib. Biz bizə qarşı olan hücumları önləmək üçün fəaliyyət edirik. Misal üçün Urmiyədə bəlkə min illərdir o göl oradadır... Son zamanlar bu göl qurumağa, bəlkə də qurudulmağa başlayıb. Bu göl hər kəsindir, oradakı vali, molla, işçi, doktor, mühəndis, hər kəsindir. Ancaq kimsənin səsi çıxmır. Oradakı milli-siyasi fəallar bir araya gəlib buna təpki göstərir, amma dövlət bunları tutur və mühakimə edir.”

İran Azərbaycanında kütləvi aksiyalar - 9 noyabr 2015 (Urmiyə)
İran Azərbaycanında kütləvi aksiyalar - 9 noyabr 2015 (Urmiyə)

Urmiyəli həkim və milli fəal milli hərəkat haqqında irəli sürülmüş bəzi tənqidlər, o cümlədən hərəkatın orijinal fəaliyyətlər sərgiləməməsi və ancaq müxtəlif olaylara təpki vermək şəklində aktiv olmasına dair düşüncələrə də münasibət bildirir.

“100 ilə yaxındır İranda fars mərkəzli bir sistem bu qərara gəlib ki, İranı bir millət və bir dil, o da fars dili və fars milləti olaraq göstərsin. Bunun üzərinə böyük pullar xərcləyir və mərkəzlər qurur.. Keçən yüz ildə hər iki rejim bu istiqamətdə siyasət yürüdüb. İndi bu durumda bunun qarşısında olan insanlar heç bir imkana malik deyil, bu insanların qarşısında dövlət var, istədiyi zaman tutur, istədiyində işgəncə edir, ağır cəzalar verir. Bu durumda bundan artıq da işlər görmək olmaz...”

Abdullahi ötən ilin noyabr ayında İran televiziyasında türkləri aşağılayan bir proqramın yayımlanmasından sonra Azərbaycan və Tehranda baş verən kütləvi etirazların xarici media, xüsusilə Türkiyə mətbuatının gündəminə çıxdığını və bunun hərəkatın uğuru olduğunu söyləyir.

Bu səfər Türkiyə mediası bizi İran azəriləri kimi deyil Güney Azərbaycanın türkləri kimi təqdim etdi.
Əlirza Abdullahi

“Bu aksiyalar Azərbaycan vilayətlərinə məhdud qalmadı, Tehrana gedib çatdı. Tehranda yaşayan türklər fars mərkəzli sistemin, İranda qeyri-farslara qarşı qurulmuş sistemin tam göbəyində o sistemə etirazını bildirdi... Qaşqay türkləri də etirazlara qatıldı... 2006-ci ildəki kütləvi etirazların əksinə son etirazlar mediada yaxşı yayıldı.”

“Bu səfər Türkiyə mediası bizi İran azəriləri kimi deyil, Güney Azərbaycanın türkləri kimi təqdim etdi. [Etirazlar] medianın maraq dairəsinə keçdi. Müsbət baxsaq, bu, hərəkatın zəhmətləri nəticəsində oldu. TV-lər məsələni gündəmə gətirdi, məclisdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) qrup toplantısında gündəmə gəldi, Tükiyə şəhərlərində dəstək mitinqləri təşkil olundu,” deyə Amerikada mühacirətdə yaşayan fəal əlavə edir.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) üzvü həmçinin, xüsusilə siyasi təşkilatlar daxilində, fəalların uzun müddət aktiv qalmaması haqqında danışıb.

XS
SM
MD
LG