Accessibility links

Alış-verişə yardım edən robotlar [Video]


Alış-verişə yardım edən robotlar
please wait

No media source currently available

0:00 0:02:02 0:00

2018-ci il Milli Pərakəndə Satış Sərgisində nümayiş etdirilənlər arasında robotlar, süni intellekt və maşın öyrənmə texnologiyaların son nailiyyətləri var idi. Sərgi pərakəndə satışla məşğul olanlara alıcıların son tələbləri ilə uyğunlaşmaq yollarını göstərib.

Avtonom maşınlar hələ ki şəhər küçələrində görünməsə də, yerli supermarketlərdə artıq müxtəlif növ avtonom cihazlara rast gəlmək mümkündür.

Bossa Nova adlı robot Milli Pərakəndə Satış Federasiyasının sərgisində rəfləri skan edir və itmiş məhsulları tapılmasının və inventarın yoxlanılmasının necə həyata keçirilə biləcəyini nümayiş etdirir.

Hal-hazırda 50 Walmart supermarketində istifadə edilən Bossa Nova 2D və 3D kameraları və müxtəlif növ sensorlar istifadə edərək radio-tezliklərə malik olan identifikasiya yarlıklarını və görünməz barkodları skan edir.

Alek Qefrides, İntel, Baş menecer: “Pərakəndə satışda irəli gedərək, “evdə sifariş et və dükanda götür” prinsipini həyata keçirdiyimiz zaman inventar ilə ehtiyatlı olmağa ehtiyac yaranır. Bu, dükanlara lazım olduğu qədər məhsul almaq imkanı verir. Beləliklə, onlar müştərilərinə dəyə bilərlər ki, dükanımıza gələrək, evdən sifariş verdiyiniz cins şalvarı götürə bilərsiniz.”

Metyu Şey, Milli Pərakəndə Satış Federasiyasının prezidenti: “Alıcılar satış kanallarını ayırmırlar. Onlar elektron ticarət, onlayn və ya mobil alış və dükan arasında fərq qoya bilmirlər. Onlar məhsulları istədikləri an almaq istəyirlər. Düşünürəm ki, bu, satış sənayesində innovasiyanın sürətli transformasiyasına və nəhəng sərmayələrə səbəb olur.”

Həmin innovasiyalardan biri Dash adlı robot alış arabasıdır.

Vendi Roberts, İcraçı direktor, Five Elements Robotics: “Müştəriləri dükanda istiqamətləndirən alış arabası olacaq. Onlar məhsulların harada yerləşdiyini bilmək məcburiyyətində olmayacaqlar. Araba özü məhsulun yerləşdiyi yerə gedəcək.”

Müştərilər ödənişi də arabanın yanında edə bilərlər.

Vendi Roberts, İcraçı direktor, Five Elements Robotics: “Nəzərə alın ki, dükanların çoxu avtomatik kassalara keçir. Bu isə tam bir mobil kassadır. Həm də avtomatik kassadan 10 dəfə daha ucuzdur.”

Pərakəndə satıcılar üçün bu potensial imkandır.

Vendi Roberts, İcraçı direktor, Five Elements Robotics: “Hal-hazırda istifadəçilər öz ekranlarına baxırlar, ətraflarında nə olduğuna yox. Ona görə, səndə bu varsa, onlar arabanı hərəkət etdirərək, ekrana baxmağa davam edirlər. Beləliklə, sən hədəflənmiş reklam göstərmək üçün onların diqqətinə sahibsən.”

Bütün bu son texnologiyaralar baxmayaraq, xərcləməyə olan cazibə qiymətsiz olaraq qalır.

XS
SM
MD
LG