Accessibility links

Heydər Əliyevin heykəli Mexiko şəhər parkından yığışdırılacaq


Washington Post qəzeti Mexiko şəhərinin meri Miguel Mançeraya istinadən xəbər verirki, Azərbaycanın keçmiş prezidentinin tunc heykəli paytaxtın əsas prospektindən yığışdırılacaq.

Cənab Mançera deyir ki, Heydər Əliyevin Stalinsayağı heykəlinin bu həftə müəyyən ediləcək başqa yerə köçürülməsi nəzərdə tutulur.

O, bildirib ki, qərar ziyalılardan ibarət komissiyanın tövsiyələri əsasında verilib.
Azərbaycan səfirliyinin heykəlin yerləşdiyi parkın təmiri üçün beş milyon dollar sərf etdiyi bildirilir.

Etirazçılar avtoritar fiqur sayılan Heydər Əliyevin heykəlinin Mexiko şəhərində ucaldılmasından hiddətləndiklərini bildirirlər. Cənab Əliyev Sovet hakimiyəti zamanında Kommunist Partiyasının rəhbər vəzifəsində çalışmış və daha sonra 1993-cü ildən 2003-cü il həyatının sonunadək prezident olaraq Azərbaycana başçılıq etmişdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG