Accessibility links

Prezident Əliyev Amerikanın müstəqillik bayramını təbrik edib


Prezident Obama və Əliyev
Prezident Obama və Əliyev

Məktubda deyilir ki, Birləşmiş Ştatların bütövlükdə regiona diqqəti, sülhün və əmin-amanlığın bərqərar olması prosesinə dəstəyi Azərbaycan üçün çox əhəmiyyətlidir.

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın prezidenti Barak Obamaya təbrik məktubu göndərib.
Məktubda deyilir: “Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Biz ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə böyük əhəmiyyət veririk. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin müvəffəqiyyətlə inkişaf etməsi, daim genişlənməsi məmnunluq doğurur.
Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları bir sıra sahələrdə strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Biz bundan sonra da enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə sahəsində birgə səylərimizi davam etdirmək, dünyanın ən qaynar nöqtələrində sabitliyin təmin edilməsi işinə töhfələr vermək əzmindəyik.
Birləşmiş Ştatların bütövlükdə regionumuza diqqəti, sülhün və əmin-amanlığın bərqərar olması prosesinə dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və təcavüz nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulmuş, torpaqlarımız işğal olunmuş və bir milyondan çox soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Biz sülhyaratma missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, bu münaqişənin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə, tezliklə və ədalətli həlli üçün göstərdiyiniz səylərə böyük ümidlər bəsləyirik.
Belə bir əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına sülh və rifah diləyirəm”.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG