Accessibility links

Azərbaycanda alkoqollu içkilərin plastik kartla satılmasına qadağa götürülüb [Video]


Maqazin
Maqazin

Hökumətin qərarları 12 gündən sonra dəyişdirilib

Yanvarın 12-də Azərbaycan hökuməti alkoqollu içkilərin plastik kartlarla satılması haqqında öz 1 yanvar tarixli qərarını ləğv edib. Bu barədə dövlət televiziyasına müsahibəsində vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Onun sözlərinə görə, siqaretin nağd pulla topdan satışına qoyulmuş məhdudiyyət də aradan qaldırılıb.

“Bizə, Nazirlər Kabinetinə və Prezident Administrasiyasına bəzi məsələlərin həlli üçün çoxsaylı müraciətlər daxil olub. Bütün bunları nəzərə alaraq, cənab prezident sahibkarların qayğısına qalıb və yeni ticarət qaydalarının tətbiqini təxirə salmaq tapşırığı verib”, nazir müavini bildirib.

Xatırladaq ki, yeni qaydalara əsasən, alkoqol satışının və siqaretin topdan satışının yalnız plastik kartlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin 10 gün sonra hökumət bu ticarəti təşkil edə bilməyib. Nəticədə, alkoqollu içkilər ticarət şəbəkəsindən yığışdırılıb.

XS
SM
MD
LG