Accessibility links

Müttəfiqlər Ukraynanın müdafiə ehtiyaclarını müzakirə edəcək


ABŞ-ın müdafiə naziri Lloyd Ostin çərşənbə günü NATO-ya üzv ölkələr və dünyanın digər hissələrindən onlarla həmkarı ilə görüşə başçılıq edir. Onlar Rusiyanın dörd aydır davam edən hərbi müdaxiləsi fonunda Ukraynaya hərbi yardımı artırmaq səylərini müzakirə edirlər.

Danışıqlar NATO müdafiə nazirlərinin Brüsseldə görüşü çərçivəsində aparılır.
NATO-nun baş katibi Yens Stoltenberq müxbirlərə bildirib ki, NATO-nun müdafiə nazirləri çərşənbə günü Ukraynanın müdafiə naziri Oleksii Reznikovla görüşərək, "Ukraynanın təcili olaraq nəyə ehtiyacı" olduğu haqqında məlumat alacaqlar.

Ukrayna rəsmilərinin kifayət qədər hərbi yardımın olmadığına və kifayət qədər sürətli şəkildə göndərilmədiyinə dair şərhlərindən sonra Stoltenberq deyib ki, bu cür səylər vaxt alır, amma NATO liderləri onların təcililiyini dərk edirlər və maneələri aşmaq üçün Ukrayna ilə işləyirlər.

Stoltenberq həmçinin deyib ki, o, NATO müttəfiqlərinin çərşənbə günü Ukraynaya dəstəklə bağlı yeni açıqlamalar verəcəyini gözləyir.

"Sual odur ki, ukraynalılara Rusiyanın bu hədəfini yavaşlatmaq və qarşısını almaqda əldə etdikləri uğuru davam etdirmək üçün nə lazımdır? Bu da müdafiə nazirlərinin diqqət mərkəzində olacaq" , ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi çərşənbə günü görüşdən öncə bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı müxbirlərə deyib ki, Ukraynanın daha çox ağır silahları olmalıdır. O bildirib ki, Ukrayna qüvvələri "Rusiyanın qəddar işğalına müqavimət göstərmək üçün tamamilə bundan asılıdır".

Donbas əsasdır

Danışıqlar Rusiya qüvvələrinın şərqə yerləşən sənaye şəhəri Severodonetskin tam nəzarətini ələ keçirmək üçün hücum etdiyi bir vaxta təsadüf edir. Severodonetsk Rusiyanın Ukraynadakı əməliyyatının əsas məqsədi olan Donbas bölgəsində yerləşir.

"Donbasda qalmaq mühümdür" , Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı video-mesajında deyib.

Luhansk bölgəsinin qubernatoru Serhiy Haiday çərşənbə axşamı deyib ki, Rusiya hazırda Severodonetskin 80 faizinə nəzarət edir və şəhərə aparan hər bir körpünü dağıdıb.

Haidai etiraf edib ki, Rusiyanın körpüləri dağıtması ilə mülki vətəndaşların Severodonetskdən kütləvi evakuasiyası Moskvanın şəhərə amansız atəşi və döyüşlər səbəbilə "sadəcə olaraq mümkün deyil".

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG