Accessibility links

Alman təyyarəsinin ikinci pilotunun görmə qabiliyyətində problem olub


Fransanın Alp dağları bölgəsində qəzaya uğramış Germanwings şirkətinə məxsus təyyarəsinin ikinci pilotunun psixoloji problemlərlə yanaşı, görmə qabiliyyətində problem olub. Bu haqda bazar günü Almaniyanın Build am Sonntag qəzeti məlumat verib.

Qəzetdə dərc edilmiş məqalədə deyilir ki, təhqiqatçılar 27 yaşlı ikinci pilot Andreas Lübitsin gözündə retinanın yırtılması səbəbi ilə görmə qabiliyyətini itirəcəyindən qorxuduğuna dair dəlil aşkar edib.

Prokurorların bildirdiyinə görə, Lübitsin evində keçirilmiş axtarış nəticəsində mövcud xətlik və tibbi müalicəyə dair sənədlər tapılıb. Polis onun həmçinin psixi xəstəliklə əlaqədar müalicə olunduğuna dair dəlil aşkar edib.

Qəzetdə həmçinin Lübitsin onunla birgə yaşayan sevgilisinin hamilə olduğu yazılıb.

Fransa rəsmiləri bildirib ki, təyyarənin uçuşunu qeydə alınması nəticəsində Lübitsin 150 sərnilinlə uçan təyyarənin qəzasından öncə pilotun kabinaya daxil olmasına imkan vermədiyi aydın olub.

XS
SM
MD
LG