Accessibility links

Yunanıstanın baş naziri Berlində Almaniya kansleri Angela Merkellə görüşəcək


Yunanıstanın baş naziri Antonis Samarasın Almaniya kansleri Angela Merkellə bu gün Berlində görüşən zaman iqtisadi böhranla üzləşən ölkəsində islahatlar aparmaq və xərcləri azalmaq üçün bir az da möhlət istəyəcəyi gözlənilir.

Samaras bu həftənin əvvəli Almaniya qəzeti Bild-ə Yunanıstanın beynəlxalq kreditorlarından artıq pul gözləmədiyini deyib. O əlavə edib ki, Yunanıstan sadəcə iqtisadiyyatını dirçəltmək və gəlirləri artırmaq məqsədilə xərclərin azaldılması və islahatların aparılması üçün əlavə vaxt istəyir.

Lakin Almaniyanın maliyyə naziri Volfqanq Skabel bu həftə Almaniya radiosuna çox vaxtın çox pul tələb edəcəyini deyib. Cənab Samaras şənbə günü Parisdə Fransa prezidenti Fransua Hollandla görüşü zamanı diplomatik təkliflə çıxış edəcək.
XS
SM
MD
LG