Accessibility links

Almaniya və Avstriya miqrantları qarşılayır


Migrants walk after arriving by train to the main railway station in Munich, Germany, Sept. 6, 2015.
Migrants walk after arriving by train to the main railway station in Munich, Germany, Sept. 6, 2015.

Almaniya və Avstriya minlərlə miqrantı öz sərhədlərində salamlayıb. Onların çoxu Avropanın ən zəngin ölkəsi olan Almaniyada sığınacaq tapmağa çalışır.

Günün sonunda 8 min miqrantın ölkəyə daxil olacağı gözlənilir. Almaniya rəsmiləri sığınacaq istəyən 800 min insanı bu il qəbul edəcəyini bildiriblər.

Avropa İttifaqı ölkələri indiyə görünməmiş miqrant axını ilə bağlı fərqli mövqelərdə durur.
Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Federika Mogerini miqrant axınının bir fakt olaraq mövcud olduğunu deyərək, məsələ ilə bağlı effektiv cavab verilməsi üçün Avropanı vahid mövqe nümayiş etdirməyə çağırıb.

Roma Papası Fransis Avropada hər bir dini icmanı bir miqrant ailəyə sığınacaq verməyə çağıraraq, həmrəylik nümayiş etdirməyə çağırıb və yaşadığı kiçik dövlət Vatikandan başlayacağını bildirib.

XS
SM
MD
LG