Accessibility links

Almaniyada Anis Amri ilə əlbir olan şəxslər axtarılır


Almaniyanın baş prokuroru təhqiqatçıların Berlində Milad yarmarkasında hücum törətməkdə şübhəli bilinən şəxsin kənardan kömək alıb-alımadığını araşdırdığını deyb.

24 yaşlı Anis Amri cümə günü Milanda dəmir yolu vağzalında polis tərəfindən vurularaq qətlə yetirilib.

Baş prokuror Piter Frank deyib ki, rəsmilər atışma zamanı öldürülmüş şəxsin Berlində 12 nəfərin ölümü və 56 nəfərin yaralanması ilə nəticələnmiş hücumu törətmiş şübhəli olduğunu təsdiq edib.

“Şübhəli Anis Amrinin öldürülüməsinə baxmayaraq, təhqiqat davam dir”-deyə Piter Frank Berlində keçirilən mətbuat konfransında bildirib.

“Tərəfdarlar və əlbir insanlardan ibarət şəbəkənin mövcud olub-olmaması, axtrarışda olan şəxsin hücuma hazırlıq və onun həyata keçirilməsi və qaçmasına yardım göstərən yaxın adamların olub-olmamasını müəyyən etmək çox vacibdir”-deyə o əlavə edib.

Berlində hücuma görə məsuliyyəti öz üzərinə İŞİD götürüb. Qrup bildirib ki, hücum Suriya və İraqda militantlara qarşı əməliyyatlarda iştirak edən koalisiya üzvlərinə zərbələr endirilməsi çağırışlarından ilhamlanıb.

İtaliyanın daxili işlər naziri Marko Munniti cümə günü keçirilən mətbuat konfransında deyib ki, Tunis vətəndaşı olan Anis Amri Milanda Sesto San Ciovanni dəmiryol stansiyasında saxlanıb. Mənbələrin verdiyi məlumata əsasən, Amri ondan şəxsiyyət vəsiqəsinin təqdim edilməsi istənilən zaman silah çıxararaq polisə atış açıb. Bundan sonra onun özü vurulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG